12px13px15px17px
Tarix:05/06/18

Yeni insanabənzər robot virtual reallıq eynəyi ilə idarə olunur (VİDEO)

Yaponiyanın “Telexistence” şirkəti məsafədən virtual reallıq eynəyi vasitəsilə idarə edilən “Model H” robotunun prototipini nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, robotun idarə olunması üçün “HTC Vive” eynəyindən və bir cüt kontrollerdən istifadə edilir. Avtonom təkərli platforma üzərində qurulan insanabənzər robot iki əllə və stereogörmə üçün 2 kameranın quraşdırıldığı dönən başla təchiz edilib.

Şirkət robotun texniki xüsusiyyətləri barədə ətraflı məlumat vermir. Dərc edilən videoya görə, robot vasitəsilə istifadəçi seçilmiş mühitə keçə və məsafədən insanlar və əşyalarla təmas yarada bilər.

Qeyd edək ki, “Model H” son vaxtlar təqdim edilən ilk oxşar robot deyil. Belə ki, ötən ilin noyabrında “Toyota” şirkəti operatorun hərəkətlərini yüksək dəqiqliklə təkrar edə bilən insanabənzər “T-HR3” robotunu nümayiş etdirib. Robotun idarə edilməsi üçün mühəndislər tərəfindən əks-əlaqə sisteminə malik xüsusi kreslo ekzoskelet hazırlanıb.

Nizam Nuriyev
 






Baxış sayı: 732

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024