12px13px15px17px
Tarix:09/06/18

Adi noutbukla müqayisədə hesablamaları milyon dəfə daha sürətli emal edən superkompüter hazırlanıb

ABŞ məhsuldarlığı 200 petaflopsa bərabər elektron hesablama maşını hazırlayaraq superkompüterlər sahəsində Çini ötməyə müvəffəq olub. Bu haqda Massaçusets Texnologiya İnstitutu tərəfindən tərtib edilən “MIT Technology Review” jurnalında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, ABŞ-ın Energetika Nazirliyinin Milli Tədqiqat Laboratoriyası tərəfindən hazırlanmış “Summit” adlı superkompüterin ən yüksək məhsuldarlığı 200 petaflops, yaxud saniyədə 200 kvadrillion əməliyyata bərabərdir.

"Summit adlı superkompüter adi noutbukla müqayisədə hesablamaları milyon dəfə daha sürətli emal edir, həmçinin dünyanın əvvəlki ən güclü superkompüterindən (“Sunway TaihuLight”) 60% daha sürətlidir.
"Summit" superkompüterinin bütün blok və lazımi avadanlığının tutduğu yerdə rahat şəkildə iki tennis kortu yerləşdirilə bilər, çəkisi isə avialaynerdən ağırdır.

Xatırladaq ki, indiyədək dünyanın ən güclü superkompüterlərindən ibarət beşliyə ABŞ-ın yalnız “Titan” adlı superkompüteri daxil idi. 17,59 petaflops məhsuldarlığa malik olan bu hesablama maşını “TOP500” reytinqində beşinci yeri tuturdu.

Emil Hüseynov





Baxış sayı: 604

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024