Tarix:06/07/18
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, tərtibatçılar qeyd edir ki, güclü və kiçik elektronika üçün istiliyin qovulması məqsədilə metaldan istifadə yolverilməzdir, çünki bu, qısaqapanmaya səbəb ola bilər. Bundan başqa, soyutma ventilyatorlarından yararlanmaq olmaz, çünki onlar çox yer tuturlar. Bor arsenidi kristalları isə istiliyi çox qovmaqla texnikanın qızmasının qarşısını ala bilən ucuz yarımkeçiricidir.
Son 3 il ərzində tədqiqat üzərində çalışan alimlər hazırda 1000 Vt/m∙K gücündə istilikkeçirməyə nail olublar ki, bu da yalnız dənəvər materiallarda almazdan geri qalır. Mütəxəssislərin fikrincə, bor arsenidi gələcək elektronika üçün böyük potensiala malikdir, çünki onun yarımkeçirici xüsusiyyətləri silisiumla müqayisə edilə bilər.
Ekspertlər tərəfindən materialın geniş tətbiqi üçün onun xüsusiyyətlərinin təkmilləşdirilməsi planlaşdırılır.
Nizam Nuriyev
İstilikkeçirmə kristalları kompüterləri qızmadan qoruyacaq
ABŞ tədqiqatçıları bor arsenidi adlanan yarımkeçirici material kristalları yaradıblar. Kristallar yüksək istilikkeçirmə qabiliyyətinə malikdir ki, bu da kompüter çipləri və tranzistorlardan istifadə edən sahələr üçün böyük əhəmiyyət kəsb edir.“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, tərtibatçılar qeyd edir ki, güclü və kiçik elektronika üçün istiliyin qovulması məqsədilə metaldan istifadə yolverilməzdir, çünki bu, qısaqapanmaya səbəb ola bilər. Bundan başqa, soyutma ventilyatorlarından yararlanmaq olmaz, çünki onlar çox yer tuturlar. Bor arsenidi kristalları isə istiliyi çox qovmaqla texnikanın qızmasının qarşısını ala bilən ucuz yarımkeçiricidir.
Son 3 il ərzində tədqiqat üzərində çalışan alimlər hazırda 1000 Vt/m∙K gücündə istilikkeçirməyə nail olublar ki, bu da yalnız dənəvər materiallarda almazdan geri qalır. Mütəxəssislərin fikrincə, bor arsenidi gələcək elektronika üçün böyük potensiala malikdir, çünki onun yarımkeçirici xüsusiyyətləri silisiumla müqayisə edilə bilər.
Ekspertlər tərəfindən materialın geniş tətbiqi üçün onun xüsusiyyətlərinin təkmilləşdirilməsi planlaşdırılır.
Nizam Nuriyev
Baxış sayı: 576
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib