Tarix:16/07/18
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv" resursuna istinadən yazır ki, ənənəvi qara-ağ rentgen çəkilişinə əsaslanan yeni qurğu Böyük Adron Kollayderi üçün hazırlanan hissəciklərin izlənməsi texnologiyasından istifadə edir. Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) "Medipix" adlı texnologiyası ayrı-ayrı subatom hissəcikləri açıq çaxmaqda piksellərlə toqquşan zaman onları aşkarlayan və hesablayan kamera kimi işləyir. Bu, yüksək təsvir ölçüsünə və yüksək kontrastlığa malik şəkillərdən istifadəyə imkan verir.
"CERN" mühəndislərinin sözlərinə görə, şəkillərdə sümük toxuması, əzələlər və qığırdaq arasında fərq çox aydın görünür. Bundan başqa, xərçəng şişlərinin vəziyyətini və ölçüsünü yaxşı görmək mümkündür.
Daha dəqiq şəkillər həkimlərə xəstəlikləri dəqiq diaqnozlaşdırmağa imkan verir. Texnologiya layihənin hazırlanmasında iştirak edən Otaqo və Kenterberi universitetləri ilə əlaqədar Yeni Zelandiyanın "MARS Bioimaging" şirkəti tərəfindən kommersiya istifadəsinə verilib.
Nizam Nuriyev
İlk üçölçülü rəngli rentgen şəkli çəkilib
Yeni Zelandiya alimləri tibbi diaqnostika sahəsini inkişaf etdirəcək texnika vasitəsilə dünyada ilk dəfə olaraq insanın üçölçülü rəngli rentgen şəklini çəkiblər."ICTnews" Elektron Xəbər Xidməti "Naukatv" resursuna istinadən yazır ki, ənənəvi qara-ağ rentgen çəkilişinə əsaslanan yeni qurğu Böyük Adron Kollayderi üçün hazırlanan hissəciklərin izlənməsi texnologiyasından istifadə edir. Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) "Medipix" adlı texnologiyası ayrı-ayrı subatom hissəcikləri açıq çaxmaqda piksellərlə toqquşan zaman onları aşkarlayan və hesablayan kamera kimi işləyir. Bu, yüksək təsvir ölçüsünə və yüksək kontrastlığa malik şəkillərdən istifadəyə imkan verir.
"CERN" mühəndislərinin sözlərinə görə, şəkillərdə sümük toxuması, əzələlər və qığırdaq arasında fərq çox aydın görünür. Bundan başqa, xərçəng şişlərinin vəziyyətini və ölçüsünü yaxşı görmək mümkündür.
Daha dəqiq şəkillər həkimlərə xəstəlikləri dəqiq diaqnozlaşdırmağa imkan verir. Texnologiya layihənin hazırlanmasında iştirak edən Otaqo və Kenterberi universitetləri ilə əlaqədar Yeni Zelandiyanın "MARS Bioimaging" şirkəti tərəfindən kommersiya istifadəsinə verilib.
Nizam Nuriyev
Baxış sayı: 557
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib