Tarix:23/07/18
“ICTnews” Elektron Xəbər Xidməti “Iz www.iz.ru” resursuna istinadən yazır ki, yeni növ batareya üzərində iş kvant fizikası sahəsində elmlər doktoru Ceyms Kvaç tərəfindən aparılır.
Məlumata görə, 1 saniyəyə enerji ilə doldurulan batareyanın əsasını kvant mexanikasının kvant dolaşıqlığı kimi fenomeni təşkil edir.
“Kvant mexanikası ən mikroskopik səviyyələrdə əlaqə yaradır. Burada adi fizika qanunlarını pozmağa şərait yaradan xüsusi imkanlar əldə etmək mümkündür. Belə fenomenlərdən biri məhz dolaşıqlıqdır”, - C.Kvaç bildirib. O qeyd edib ki, iki obyekt bir-biri ilə bağlı olan zaman onların fərdi fiziki xüsusiyyətləri ümumi olur.
Onun sözlərinə görə, bir kvant batareya 1 saata enerji ilə doldurulduğu halda ikisi 30 dəqiqəyə, bir neçə mini isə 1 saniyəyə dolur.
Fizik əlavə edib ki, akkumulyatoru, həmçinin saat və “iPad” kimi kiçik elektron qurğularda istifadə etmək olar.
Texnologiyanın məqsədi bərpa olunan enerji mənbələri sektorunda işləyən kvant batareyaların yaradılmasıdır.
Nizam Nuriyev
Yeni texnologiya “iPhone” smartfonlarını dərhal enerji ilə dolduracaq
Avstraliyanın Adelaid Universitetinin əməkdaşları smartfonların dərhal enerji ilə doldurulması texnologiyasını hazırlayıblar. Texnologiya standart batareyanın kvant qurğu – superbatareya ilə əvəzlənməsini nəzərdə tutur. Hazırda onu yalnız “iPhone” smartfonlarına quraşdırmaq mümkündür.“ICTnews” Elektron Xəbər Xidməti “Iz www.iz.ru” resursuna istinadən yazır ki, yeni növ batareya üzərində iş kvant fizikası sahəsində elmlər doktoru Ceyms Kvaç tərəfindən aparılır.
Məlumata görə, 1 saniyəyə enerji ilə doldurulan batareyanın əsasını kvant mexanikasının kvant dolaşıqlığı kimi fenomeni təşkil edir.
“Kvant mexanikası ən mikroskopik səviyyələrdə əlaqə yaradır. Burada adi fizika qanunlarını pozmağa şərait yaradan xüsusi imkanlar əldə etmək mümkündür. Belə fenomenlərdən biri məhz dolaşıqlıqdır”, - C.Kvaç bildirib. O qeyd edib ki, iki obyekt bir-biri ilə bağlı olan zaman onların fərdi fiziki xüsusiyyətləri ümumi olur.
Onun sözlərinə görə, bir kvant batareya 1 saata enerji ilə doldurulduğu halda ikisi 30 dəqiqəyə, bir neçə mini isə 1 saniyəyə dolur.
Fizik əlavə edib ki, akkumulyatoru, həmçinin saat və “iPad” kimi kiçik elektron qurğularda istifadə etmək olar.
Texnologiyanın məqsədi bərpa olunan enerji mənbələri sektorunda işləyən kvant batareyaların yaradılmasıdır.
Nizam Nuriyev
Baxış sayı: 1096
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib