Tarix:24/07/18
“ICTnews” Elektron Xəbər Xidməti “Belta www.belta.by” resursuna istinadən yazır ki, eksperiment çərçivəsində hava limanında kompüter tomoqrafiyası prinsipi ilə işləyən “3D” skanerlər quraşdırılıb. Onların şüaları baqajın içindəki əşyaların təsvirini dəqiqliklə müəyyənləşdirir, eləcə də partlayıcı maddələri aşkarlayır.
Böyük Britaniya Nəqliyyat Nazirliyinin məlumatına görə, texnologiyanın 6-12 ay ərzində sınağı planlaşdırılır. Lakin təhlükəsizlik xidmətinin əməkdaşları hər an qüvvədə olan qaydalara əməl etməyi tələb etmək səlahiyyətinə malikdirlər. Eksperimentin uğurlu olacağı təqdirdə gələcəkdə sərnişinlər tərəfindən yoxlanış üçün şəxsi əşyaların çantalardan çıxarılaraq təqdim edilməsinə ehtiyac qalmayacaq.
Mövcud qaydalara görə, 1 litr həcmli şəffaf möhürlü paketdə qablaşdırılan mayenin tutumu 100 milli-litr həcmindən çox olmamalıdır. Ekspertlərin fikrincə, “3D” skanerlər mayelərin daşınması qaydalarını sadələşdirəcək.
Analoji skanerlərin Nyu-Yorkun Kennedi adına aeroportunda, habelə Cenevrə və Amsterdam hava limanlarında sınaqları keçirilir.
Nizam Nuriyev
Aeroportlarda mayelərin daşınması qaydalarını sadələşdirəcək “3D” skanerlərin sınağı keçirilir
Londonun “Hitrou” aeroportunda sərnişinlərə mayeləri əl baqajından çıxarmamağa imkan verəcək üçölçülü skanerlərin testi aparılır.“ICTnews” Elektron Xəbər Xidməti “Belta www.belta.by” resursuna istinadən yazır ki, eksperiment çərçivəsində hava limanında kompüter tomoqrafiyası prinsipi ilə işləyən “3D” skanerlər quraşdırılıb. Onların şüaları baqajın içindəki əşyaların təsvirini dəqiqliklə müəyyənləşdirir, eləcə də partlayıcı maddələri aşkarlayır.
Böyük Britaniya Nəqliyyat Nazirliyinin məlumatına görə, texnologiyanın 6-12 ay ərzində sınağı planlaşdırılır. Lakin təhlükəsizlik xidmətinin əməkdaşları hər an qüvvədə olan qaydalara əməl etməyi tələb etmək səlahiyyətinə malikdirlər. Eksperimentin uğurlu olacağı təqdirdə gələcəkdə sərnişinlər tərəfindən yoxlanış üçün şəxsi əşyaların çantalardan çıxarılaraq təqdim edilməsinə ehtiyac qalmayacaq.
Mövcud qaydalara görə, 1 litr həcmli şəffaf möhürlü paketdə qablaşdırılan mayenin tutumu 100 milli-litr həcmindən çox olmamalıdır. Ekspertlərin fikrincə, “3D” skanerlər mayelərin daşınması qaydalarını sadələşdirəcək.
Analoji skanerlərin Nyu-Yorkun Kennedi adına aeroportunda, habelə Cenevrə və Amsterdam hava limanlarında sınaqları keçirilir.
Nizam Nuriyev
Baxış sayı: 945
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib