12px13px15px17px
Tarix:25/07/18

Unikal kompüter klaviaturası yaradılıb

Cənubi Koreya mühəndisləri kağız vərəqi kimi əzilən elastik kompüter klaviaturası hazırlayıblar.

"ICTnews" Elektron Xəbər Xidməti "Planet Today www.planet-today.ru" resursuna istinadən yazır ki, qeyri-adi elastikliyə malik innovativ qurğunun daha bir fərqli cəhəti onun süni intellektlə təchiz olunmasındadır. Klaviatura əsasını kompüter təlimi alqoritmlərinin təşkil etdiyi analoqu olmayan texnologiya ilə yaradılıb.
 
"Biz adi rezin klaviaturalarda tətbiq edilən sensorlardan istifadə etməmək və onların əvəzinə süni intellektin gücündən yararlanmaq qərarına gəldik", - Seçjon Universitetinin professoru Son Ki Son bildirib.
 
Professorun sözlərinə görə, silikon kauçukdan hazırlanan klaviaturanın daxilində nanoborucuqlar massivindən yaradılan neyron şəbəkəsi quraşdırılıb. Neyroşəbəkə tərəfindən istifadəçinin rezin üzərində çəkilən ayrı-ayrı kvadratşəkilli klavişlərin basılması müəyyənləşdirilir.  
 
Nizam Nuriyev




Baxış sayı: 1304

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 Oktyabr 2024

05 10 2024