Tarix:28/07/18
“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti www.ria.ru” resursuna istinadən yazır ki, kurkumun tərkibindəki bu piqment gözün tor qişasının sinir hüceyrələrini zədələnmədən qoruyur. Əvvəllər tədqiqatçılar güman edirdilər ki, kurkumini yalnız həb şəklində qəbul etmək olar. Lakin bu üsul kurkuminin qanda yaxşı həll olunmaması səbəbindən effektiv olmayıb. Maddənin lazımi qədər dozasını əldə etmək üçün insan gündə 24 həb qəbul etməlidir ki, bu da həzm prosesində problemlər yaradır.
Alimlər bu problemi “nanodaşıyıcı” hazırlamaqla yoluna qoyublar. Nanodaşıyıcının tərkibindəki kurkumin sağlamlıq üçün zərərsiz və göz damcılarında istifadə edilən səthi-aktiv maddənin daxilində yerləşir.
Mütəxəssislərin sözlərinə görə, yeni metod kurkuminin keçiricilik qabiliyyətini 400 min dəfə artırır və maddəni göz hüceyrələrində effektiv şəkildə lokallaşdırmağa imkan verir.
Qlaukomadan əziyyət çəkən siçovullar üzərində aparılan təcrübələrdən məlum olub ki, damcı dərmanından istifadə tor qişasının deqradasiya sürətini azaldır.
Qeyd edək ki, qlaukoma göz daxilində yüksək təzyiqə görə görmə qabiliyyətinin tədricən itirilməsinə gətirib çıxaran xəstəlikdir. Qlaukoma korluğun yayılmasına görə kataraktdan sonra ikinci səbəb hesab edilir.
Nizam Nuriyev
Yeni üsul görmə qabiliyyətinin itirilməsinin qarşısını almağa kömək edəcək
Londonun İmperiya və Universitet kolleclərinin tədqiqatçıları kurkumin maddəsini orqanizmə çatdıran yeni üsul hazırlayıblar. Alimlərin fikrincə, bu, qlaukomanın erkən mərhələdə effektiv diaqnozlaşdırılmasına və müalicəsinə kömək edəcək.“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti www.ria.ru” resursuna istinadən yazır ki, kurkumun tərkibindəki bu piqment gözün tor qişasının sinir hüceyrələrini zədələnmədən qoruyur. Əvvəllər tədqiqatçılar güman edirdilər ki, kurkumini yalnız həb şəklində qəbul etmək olar. Lakin bu üsul kurkuminin qanda yaxşı həll olunmaması səbəbindən effektiv olmayıb. Maddənin lazımi qədər dozasını əldə etmək üçün insan gündə 24 həb qəbul etməlidir ki, bu da həzm prosesində problemlər yaradır.
Alimlər bu problemi “nanodaşıyıcı” hazırlamaqla yoluna qoyublar. Nanodaşıyıcının tərkibindəki kurkumin sağlamlıq üçün zərərsiz və göz damcılarında istifadə edilən səthi-aktiv maddənin daxilində yerləşir.
Mütəxəssislərin sözlərinə görə, yeni metod kurkuminin keçiricilik qabiliyyətini 400 min dəfə artırır və maddəni göz hüceyrələrində effektiv şəkildə lokallaşdırmağa imkan verir.
Qlaukomadan əziyyət çəkən siçovullar üzərində aparılan təcrübələrdən məlum olub ki, damcı dərmanından istifadə tor qişasının deqradasiya sürətini azaldır.
Qeyd edək ki, qlaukoma göz daxilində yüksək təzyiqə görə görmə qabiliyyətinin tədricən itirilməsinə gətirib çıxaran xəstəlikdir. Qlaukoma korluğun yayılmasına görə kataraktdan sonra ikinci səbəb hesab edilir.
Nizam Nuriyev
Baxış sayı: 510
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib