Tarix:01/08/18
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, yaxın günlərdə 10000 milliamper/saat tutumlu akkumulyatora malik "Oukitel WP2" cihazı təqdim edilib. Bu aparat "IP68" standartına uyğun olaraq toz və suya qarşı dayanıqlıdır.
"Oukitel WP2" qurğusu uzun müddət avtonom işləyən əvvəlki smartfonun ("P10000 Max") təkmilləşdirilmiş versiyası olacaq.
Hələ ki smartfon haqda informasiya azdır. Əsas özəlliyi 10000 milliamper/saat tutumlu akkumulyatora malik olmasıdır. İstehsalçı smartfondan orta istifadə aktivliyi zamanı onun bir həftə müddətində avtonom işləməsinə dair söz verir.
Aparatın daha bir özəlliyi yüksək dərəcədə dayanıqlığıdır. Polistirol ebonitdən hazırlanmış korpus yalnız suya qarşı dayanıqlı deyil, həmçinin konstruksiyanın möhkəmliyini təmin edir, hündürlükdən yerə düşmə zamanı və ya zərbə aldıqda zədələnməsinin qarşısını alır. Bundan başqa, displey cızıqlara qarşı dayanıqlı möhkəm "Corning Gorilla Glass" şüşəsi ilə qorunacaq.
Emil Hüseynov
1 həftə müddətində avtonom işləyə bilən təhlükəsiz smartfon təqdim edilib
Smartfonlarda məhsuldarlığın yüksəlməsi onlar tərəfindən sərf edilən enerjinin miqdarının artmasına səbəb olur ki, bu da cihazın avtonom işləmə müddətinə mənfi təsir edir. Əksəriyyət bir həftə müddətində avtonom işləyən düyməli telefonları nostalji hissi ilə xatırlayır."ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, yaxın günlərdə 10000 milliamper/saat tutumlu akkumulyatora malik "Oukitel WP2" cihazı təqdim edilib. Bu aparat "IP68" standartına uyğun olaraq toz və suya qarşı dayanıqlıdır.
"Oukitel WP2" qurğusu uzun müddət avtonom işləyən əvvəlki smartfonun ("P10000 Max") təkmilləşdirilmiş versiyası olacaq.
Hələ ki smartfon haqda informasiya azdır. Əsas özəlliyi 10000 milliamper/saat tutumlu akkumulyatora malik olmasıdır. İstehsalçı smartfondan orta istifadə aktivliyi zamanı onun bir həftə müddətində avtonom işləməsinə dair söz verir.
Aparatın daha bir özəlliyi yüksək dərəcədə dayanıqlığıdır. Polistirol ebonitdən hazırlanmış korpus yalnız suya qarşı dayanıqlı deyil, həmçinin konstruksiyanın möhkəmliyini təmin edir, hündürlükdən yerə düşmə zamanı və ya zərbə aldıqda zədələnməsinin qarşısını alır. Bundan başqa, displey cızıqlara qarşı dayanıqlı möhkəm "Corning Gorilla Glass" şüşəsi ilə qorunacaq.
Emil Hüseynov
Baxış sayı: 588
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib