Tarix:02/08/18
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, "Lidar" lazeri hədəfə yönəldərək əks olunan işığın sayını analiz edən distansiyalı zondlaşdırma texnologiyasıdır. Texnologiyadan ilk dəfə buludların tədqiqi üçün meteorologiyada istifadə edilib. Nəqliyyat şirkətləri tərəfindən "Lidar" naviqasiya üçün tətbiq olunur.
Vertolyota quraşdırılan optik diapazonlu məsafəölçən polislərə və axtarış komandalarına gizli qəbirlərin axtarışına kömək üçün məlumatların şəklini çəkə və ucqar ərazilərin üçölçülü xəritəsini yarada bilir. Alimlərin fikrincə, "Lidar" basdırılmış meyitin hissələrə parçalanması səbəbindən torpağın bir neçə santimetr çökdüyü yerləri tez müəyyənləşdirir. Belə "çöküntü"nü xüsusilə qəbir yarpaqlar və ya zibil altında gizlədiləndə adi gözlə görmək qeyri-mümkündür. Relyef xəritəsi polislərə ucqar yerlərdə meyitlərin axtarış dairəsini tez daraltmağa kömək edəcək.
Eksperimentlərdən məlum olub ki, qazılmış qəbirlər üzərində torpaq səviyyəsinin hündürlüyünün dəyişməsi qeydə alınır. Belə tədqiqat ilk dəfə aparılıb və alimlər ümid edir ki, "Lidar" məhkəmə sisteminə kömək edəcək.
Nizam Nuriyev
Qətl qurbanları lazer vasitəsilə axtarılacaq
Mütəxəssislər cinayətlərin açılması üçün "Lidar" lazer texnologiyasından istifadəni təklif edirlər."ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, "Lidar" lazeri hədəfə yönəldərək əks olunan işığın sayını analiz edən distansiyalı zondlaşdırma texnologiyasıdır. Texnologiyadan ilk dəfə buludların tədqiqi üçün meteorologiyada istifadə edilib. Nəqliyyat şirkətləri tərəfindən "Lidar" naviqasiya üçün tətbiq olunur.
Vertolyota quraşdırılan optik diapazonlu məsafəölçən polislərə və axtarış komandalarına gizli qəbirlərin axtarışına kömək üçün məlumatların şəklini çəkə və ucqar ərazilərin üçölçülü xəritəsini yarada bilir. Alimlərin fikrincə, "Lidar" basdırılmış meyitin hissələrə parçalanması səbəbindən torpağın bir neçə santimetr çökdüyü yerləri tez müəyyənləşdirir. Belə "çöküntü"nü xüsusilə qəbir yarpaqlar və ya zibil altında gizlədiləndə adi gözlə görmək qeyri-mümkündür. Relyef xəritəsi polislərə ucqar yerlərdə meyitlərin axtarış dairəsini tez daraltmağa kömək edəcək.
Eksperimentlərdən məlum olub ki, qazılmış qəbirlər üzərində torpaq səviyyəsinin hündürlüyünün dəyişməsi qeydə alınır. Belə tədqiqat ilk dəfə aparılıb və alimlər ümid edir ki, "Lidar" məhkəmə sisteminə kömək edəcək.
Nizam Nuriyev
Baxış sayı: 1149
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib