Tarix:03/08/18
"ICTnews" Elektron Xəbər Xidməti "Vesti www.vesti.ru" resursuna istinadən yazır ki, yeni qurğu iki variantda buraxılacaq. "Qin1" yalnız "2G" şəbəkəsini, "Qin1s" isə "3G" və "4G" şəbəkələrini dəstəkləyəcək. Digər xüsusiyyətlərə görə telefonlar oxşardır. Qurğunun istehsalı ilə kənar şirkət - "Shenzhen Duojiao Technology Co" məşğul olacaq. Tədarükünə sentyabrın 15-dən etibarən başlanacaq qurğunu 199 yuana (təxminən 29 dollar) sifariş etmək mümkündür.
Məlumata görə, telefon kompakt "IPS" matrisalı (240х320 piksel) 2,8 düym diaqonallı ekran, "Corning Gorilla" qoruyucu şüşəsi, düyməli klaviatura və 8,5 millimetr qalınlığında plastik korpus ilə təchiz ediləcək. Qurğu, həmçinin 2 SİM kart dəstəyi, "Wi-Fi", televizor, kondisioner və digər məişət texnikasının idarə edilməsi üçün infraqırmızı ötürücü ilə təchiz olunacaq.
1480 milliamper/saat tutumlu quraşdırılmış batareya gözləmə rejimində 15 saatlıq iş və ya 420 dəqiqə zəng üçün nəzərdə tutulub. Qurğu "USB Type-C" portu vasitəsilə enerji ilə doldurulur. Tərcümə funksiyasından real vaxt rejimində 17 dildə istifadə etmək mümkündür.
Nizam Nuriyev
“Xiaomi” tərcümə funksiyalı mobil telefon istehsal edəcək
"Xiaomi Youpin" saytında superucuz sinfə aid olan, lakin bir sıra smartfon imkanlarına malik "Qin1" telefonunun istehsalı üçün vəsait toplanışına başlanılıb. Onun təsir bağışlayan funksiyalarından biri süni intellekt əsasında sürətli tərcümə texnologiyasıdır."ICTnews" Elektron Xəbər Xidməti "Vesti www.vesti.ru" resursuna istinadən yazır ki, yeni qurğu iki variantda buraxılacaq. "Qin1" yalnız "2G" şəbəkəsini, "Qin1s" isə "3G" və "4G" şəbəkələrini dəstəkləyəcək. Digər xüsusiyyətlərə görə telefonlar oxşardır. Qurğunun istehsalı ilə kənar şirkət - "Shenzhen Duojiao Technology Co" məşğul olacaq. Tədarükünə sentyabrın 15-dən etibarən başlanacaq qurğunu 199 yuana (təxminən 29 dollar) sifariş etmək mümkündür.
Məlumata görə, telefon kompakt "IPS" matrisalı (240х320 piksel) 2,8 düym diaqonallı ekran, "Corning Gorilla" qoruyucu şüşəsi, düyməli klaviatura və 8,5 millimetr qalınlığında plastik korpus ilə təchiz ediləcək. Qurğu, həmçinin 2 SİM kart dəstəyi, "Wi-Fi", televizor, kondisioner və digər məişət texnikasının idarə edilməsi üçün infraqırmızı ötürücü ilə təchiz olunacaq.
1480 milliamper/saat tutumlu quraşdırılmış batareya gözləmə rejimində 15 saatlıq iş və ya 420 dəqiqə zəng üçün nəzərdə tutulub. Qurğu "USB Type-C" portu vasitəsilə enerji ilə doldurulur. Tərcümə funksiyasından real vaxt rejimində 17 dildə istifadə etmək mümkündür.
Nizam Nuriyev
Baxış sayı: 966
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib