Tarix:03/08/18
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, seçmə lazer qızdırıb bitişdirmə texnologiyası (SLS) tozaoxşar materialların (adətən neylon və poliamid) müəyyən sahələrinin qızdırılması üçün lazerdən istifadə edir. Toz əriyir və ya bərk kütləyə sintezləşdirilir. Material lazımi üçölçülü struktur əldə edilənədək onu qat-qat daxil edən printerə əlavə olunur.
Məlumata görə, tədqiqatçılar tərəfindən görünən işıq üçün şəffaf qalan spektrin infraqırmızı sahəsinin intensiv udulması üçün qızıl nanooxlar hazırlanıb. Oxlar üçölçülü obyektlərin çapı üçün silisium oksidi ilə örtüldükdən sonra poliamid tozlarla qatışdırılıb. Qızıl nanooxlar texniki karbon ilə müqayisədə lazer işığını istiliyə daha yaxşı çevirirlər. Bundan başqa, fotosensibilizatorların əlavə edilməsi rəngli üçölçülü obyektlərin çapına kömək edir. Qeyd etmək lazımdır ki, materiallar irimiqyaslı istehsal üçün iqtisadi baxımdan səmərəli hesab olunur. Tədqiqatçılar yeni texnologiya ilə əlaqədar bir neçə patent müraciəti ediblər.
Nizam Nuriyev
Rəngli üçölçülü çap metodu hazırlanıb
Ən effektiv üçölçülü çap qurğuları ciddi çatışmazlığa malikdirlər: onlar obyektləri yalnız boz və ya qara rəngdə çap edirlər. Lakin İspaniya mühəndislərinin hazırladığı yeni texnologiya əşyaları bütün rəng çalarlarında çap etməyə imkan verəcək."ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, seçmə lazer qızdırıb bitişdirmə texnologiyası (SLS) tozaoxşar materialların (adətən neylon və poliamid) müəyyən sahələrinin qızdırılması üçün lazerdən istifadə edir. Toz əriyir və ya bərk kütləyə sintezləşdirilir. Material lazımi üçölçülü struktur əldə edilənədək onu qat-qat daxil edən printerə əlavə olunur.
Məlumata görə, tədqiqatçılar tərəfindən görünən işıq üçün şəffaf qalan spektrin infraqırmızı sahəsinin intensiv udulması üçün qızıl nanooxlar hazırlanıb. Oxlar üçölçülü obyektlərin çapı üçün silisium oksidi ilə örtüldükdən sonra poliamid tozlarla qatışdırılıb. Qızıl nanooxlar texniki karbon ilə müqayisədə lazer işığını istiliyə daha yaxşı çevirirlər. Bundan başqa, fotosensibilizatorların əlavə edilməsi rəngli üçölçülü obyektlərin çapına kömək edir. Qeyd etmək lazımdır ki, materiallar irimiqyaslı istehsal üçün iqtisadi baxımdan səmərəli hesab olunur. Tədqiqatçılar yeni texnologiya ilə əlaqədar bir neçə patent müraciəti ediblər.
Nizam Nuriyev
Baxış sayı: 1026
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib