Tarix:03/08/18
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, smartfonla birgə təqdim edilmiş “5G Moto Mod” panelinin qoşulması vaxtı smartfon beşinci nəsil mobil şəbəkəsini dəstəkləyir. Sözügedən panel 2000 milliamper/saat tutumunda əlavə akkumulyatora malikdir və 2019-cu ildə istifadəyə verilməsi planlaşdırılan ABŞ-ın “Verizon” operatorunun “5G” şəbəkəsinə girişini təmin edəcək.
Korpus “Corning Gorilla Glass” şüşə panelləri və alüminium çərçivədən ibarətdir. Barmaq izləri skaneri aparatın kənarında yerləşdirilib. “Moto Z3” smartfonu tərəflər nisbəti 18:9 olan 6 düymlük “Full HD+” (2160x1080 piksel) təsvir ölçülü “Super AMOLED” displey, əsas ikiqat kamera (12+12 Mp) və 8 meqapiksellik ön kamera ilə təchiz edilib.
Smartfon səkkiznüvəli “Qualcomm Snapdragon 835” prosessoru, 4 QB-lıq əməli yaddaş və 64 QB-lıq daxili fləş yaddaş (“microSD” formatlı kartların köməyi ilə yaddaşı 2 TB-dək artırmaq mümkündür), həmçinin 3000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Smartfonun ölçüləri 156,5x76,7x6,75 mm, çəkisi 156 qramdır.
Qulaqlıqlar üçün 3,5 mm-lik konnektor mövcud deyil. Smartfon “Android 8.1 Oreo” sisteminin idarəetməsi altında işləyir. “4G VoLTE”, “Wi-Fi” (802.11 ac), “Bluetooth 5 LE”, “GPS” və “NFC” texnologiyaları dəstəklənir. Suya qarşı örtük nəzərdə tutulub.
Emil Hüseynov
“Motorola” qabaqcıl smartfonunu təqdim edib
“Motorola” şirkəti yeni “Moto Z3” qabaqcıl smartfonunu təqdim edib. Bu aparat "5G-dək yeniləmə" imkanına malik ilk smartfon kimi xarakterizə edilir.“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, smartfonla birgə təqdim edilmiş “5G Moto Mod” panelinin qoşulması vaxtı smartfon beşinci nəsil mobil şəbəkəsini dəstəkləyir. Sözügedən panel 2000 milliamper/saat tutumunda əlavə akkumulyatora malikdir və 2019-cu ildə istifadəyə verilməsi planlaşdırılan ABŞ-ın “Verizon” operatorunun “5G” şəbəkəsinə girişini təmin edəcək.
Korpus “Corning Gorilla Glass” şüşə panelləri və alüminium çərçivədən ibarətdir. Barmaq izləri skaneri aparatın kənarında yerləşdirilib. “Moto Z3” smartfonu tərəflər nisbəti 18:9 olan 6 düymlük “Full HD+” (2160x1080 piksel) təsvir ölçülü “Super AMOLED” displey, əsas ikiqat kamera (12+12 Mp) və 8 meqapiksellik ön kamera ilə təchiz edilib.
Smartfon səkkiznüvəli “Qualcomm Snapdragon 835” prosessoru, 4 QB-lıq əməli yaddaş və 64 QB-lıq daxili fləş yaddaş (“microSD” formatlı kartların köməyi ilə yaddaşı 2 TB-dək artırmaq mümkündür), həmçinin 3000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Smartfonun ölçüləri 156,5x76,7x6,75 mm, çəkisi 156 qramdır.
Qulaqlıqlar üçün 3,5 mm-lik konnektor mövcud deyil. Smartfon “Android 8.1 Oreo” sisteminin idarəetməsi altında işləyir. “4G VoLTE”, “Wi-Fi” (802.11 ac), “Bluetooth 5 LE”, “GPS” və “NFC” texnologiyaları dəstəklənir. Suya qarşı örtük nəzərdə tutulub.
Emil Hüseynov
Baxış sayı: 927
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib