Tarix:06/08/18
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin tədqiqatçısı Yohan Qaumun fikrincə, rəqəmli modelləşdirmə dağ xilasetmə komandalarının işinə, eləcə də qar uçqunun davranışının proqnozlaşdırılmasına əhəmiyyətli təsir göstərə bilər. Mütəxəssislər indiyədək uçqunun axını zamanı baş verən prosessləri yenidən bərpa etmək imkanına malik olmayıblar, çünki qar uçqunu saysız-hesabsız parametrlər və fiziki dəyişənlərə malik mürəkkəb hadisədir ki, bunlar da uçqun baş verəndən bitənədək öz təsirini göstərir. Yeni iş Y.Qaum riyazi innovasiyalarını və elmi tədqiqatlarını özündə birləşdirir. Riyaziyyatçılar məktəb tədqiqatçısının bilikləri və səhra müşahidələri üzrə məlumatlar sayəsində qarın üçölçülü modelləşdirilməsinin dəqiqiliyini artırmağa nail olublar.
Tədqiqatçılar materialların daxilində baş verən hərəkətlərin analizi üçün istifadə edilən "Material Point Method" (MPM) kimi tanınan metoddan yararlanıblar. Belə yanaşma indiyədək uçqunların enişinin öyrənilməsi zamanı tətbiq edilməyib. Texnologiya təbii hadisənin proqnozlaşdırılmasına başqa tərəfdən baxmağa imkan verir ki, bu da xilasedicilərin işini daha effektiv edəcək. Mütəxəssislər qarın özünü neçə aparmasını proqnozlaşdıra və qar uçqunun dəqiq ölçüsünü, enmə məsafəsini və qar kütləsinin təzyiq gücünü qiymətləndirə biləcəklər.
Nizam Nuriyev
Üçölçülü animasiya qar uçqununun daxilində baş verənləri göstərir
Tədqiqatçılar ilk dəfə qar uçqununun daxilində baş verən prosesləri göstərən üçölçülü animasiya yaradıblar."ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin tədqiqatçısı Yohan Qaumun fikrincə, rəqəmli modelləşdirmə dağ xilasetmə komandalarının işinə, eləcə də qar uçqunun davranışının proqnozlaşdırılmasına əhəmiyyətli təsir göstərə bilər. Mütəxəssislər indiyədək uçqunun axını zamanı baş verən prosessləri yenidən bərpa etmək imkanına malik olmayıblar, çünki qar uçqunu saysız-hesabsız parametrlər və fiziki dəyişənlərə malik mürəkkəb hadisədir ki, bunlar da uçqun baş verəndən bitənədək öz təsirini göstərir. Yeni iş Y.Qaum riyazi innovasiyalarını və elmi tədqiqatlarını özündə birləşdirir. Riyaziyyatçılar məktəb tədqiqatçısının bilikləri və səhra müşahidələri üzrə məlumatlar sayəsində qarın üçölçülü modelləşdirilməsinin dəqiqiliyini artırmağa nail olublar.
Tədqiqatçılar materialların daxilində baş verən hərəkətlərin analizi üçün istifadə edilən "Material Point Method" (MPM) kimi tanınan metoddan yararlanıblar. Belə yanaşma indiyədək uçqunların enişinin öyrənilməsi zamanı tətbiq edilməyib. Texnologiya təbii hadisənin proqnozlaşdırılmasına başqa tərəfdən baxmağa imkan verir ki, bu da xilasedicilərin işini daha effektiv edəcək. Mütəxəssislər qarın özünü neçə aparmasını proqnozlaşdıra və qar uçqunun dəqiq ölçüsünü, enmə məsafəsini və qar kütləsinin təzyiq gücünü qiymətləndirə biləcəklər.
Nizam Nuriyev
Baxış sayı: 1191
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib