12px13px15px17px
Tarix:06/08/18

Yeni insanabənzər robot təqdim edilib

Osaka Universitetinin professoru Hirosi İsiquro 4 təkər üzərində hərəkət etmək qabiliyyətinə malik İbuki adlı insanabənzər robot təqdim edib. Professor İsiquro robot texnikası sahəsində öz həlləri ilə bütün dünyada tanınır. O, robotların insanlar arasında olmasını arzulayır və son həlli bu istiqamətdə irəliləyiş üçün hazırlanıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" saytına istinadən yazır ki, yeni robotun boyu 120 sm, çəkisi 37 kq-dır. Robot 10 yaşlı uşaq kimi  modelləşdirilib, buna görə digər robotlar kimi vahiməli görünüşə malik deyil. Robotun karkası karbon və plastik kimi materiallardan işlənib hazırlanıb, sifəti və əlləri isə lateksdən hazırlanmış "dəri" ilə örtülüb. Robotun bədəni ona gülümsəməyə, əli ilə əşyaları tutmağa, əllərini yelləməyə imkan verən 47 mühərrikdən ibarətdir.

 

Emil Hüseynov




Baxış sayı: 996

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024