12px13px15px17px
Tarix:07/08/18

“LG Q8” (2018) smartfonu “MIL-STD 810G” hərbi standartına uyğun hazırlanıb

"LG" şirkəti 6,2 düym diaqonallı "FullVision" ekranı və stilus ilə təchiz edilən "LG Q8" (2018) smartfonunu təqdim edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "IXBT www.ixbt.com" resursuna istinadən yazır ki, aparat əsası birkristallı "Snapdragon 450" sistemindən ibarət yeni qurğunun operativ və quraşdırılmış yaddaşı müvafiq olaraq 4 və 64 giqabayt təşkil edir. Bundan başqa, yaddaş kartı quraşdırmaq mümkündür.
 
Məlumata görə, tək olan əsas kamera 16 meqapikselli təsvir ölçüsünə malik ötürücü və mərhələli avtomatik fokuslanma sistemi ilə təchiz edilib. Aşağıda daktiloskopik ötürücü yerləşir. 100° baxış bucaqlı ön kameranın təsvir ölçüsü 5 meqapiksel təşkil edir.
 
Smartfon 3,5 mm və "USB-C" çıxışları, "Wi-Fi" və "Bluetooth" modulları, eləcə də ayrıca audioprosessor və "DTS:X" həcmli səsləndirmə texnologiyası dəstəyi ilə təchiz olunub.
 
Bundan əlavə, smartfon ABŞ-ın "MIL-STD 810G" hərbi standartına, eləcə də "IP68" mühafizə dərəcəsinə uyğun hazırlanıb. Bu isə o deməkdir ki, smartfon sukeçirməz və zərbəyədavamlıdır.
 
Akkumulyator tutumu 3300 milliamper/saat təşkil edir və "Qualcomm Quick Charge 3.0" sürətli enerjidoldurma texnologiyası dəstəklənir.  
 
"LG Q8" (2018) smartfon modeli 480 dollara təklif olunur.
 
Nizam Nuriyev




Baxış sayı: 1080

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 Oktyabr 2024

07 10 2024