Tarix:11/08/18
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, elmi ictimaiyyətdə kağız batareyalarınn ekoloji alternativ qismində istifadə edilməsi imkanı ilə bağlı müzakirələr uzun müddətdir aparılır, lakin indiyədək təklif edilən texnologiyalar yetərincə güclü olmayıb. Bundan başqa, onların hazırlanma prosesi mürəkkəb olub, eləcə də kağız batareyaların parçalanmaq qabiliyyəti şübhə altına alınıb.
Məlumata görə, bu dəfə isə tədqiqatçılar tərəfindən kağız və texniki polimerlərin hibridindən istifadə edən kağız biobatareya hazırlanıb. Tədqiqatçılar qrupu suda batareyanın deqradasiyasını yoxlayıb və bu prosesi xüsusi qurğular və şərait olmadan və ya mikroorqanizmlər tətbiq etmədən işə sala bilib. Polimer kağız konstruksiyalar çox yüngül, ucuz və elastik olur. Bundan başqa, gücün artırılmasına adi üst-üstə yığılma və ya elastik kağız polimer qurğuların deformasiyası vasitəsilə nail olmaq mümkündür. Biobatareyaların istehsal prosesi çox sadədir və material tələblərdən asılı olaraq modifikasiyalara imkan verir.
Nizam Nuriyev
Bioparçalanan kağız batareya yaradılıb
ABŞ-ın Binqemton Universitetinin tədqiqatçıları bioparçalanan kağız batareya yaradıblar. Onun effektivliyi bütün analoji texnologiyaları geridə qoyur."ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, elmi ictimaiyyətdə kağız batareyalarınn ekoloji alternativ qismində istifadə edilməsi imkanı ilə bağlı müzakirələr uzun müddətdir aparılır, lakin indiyədək təklif edilən texnologiyalar yetərincə güclü olmayıb. Bundan başqa, onların hazırlanma prosesi mürəkkəb olub, eləcə də kağız batareyaların parçalanmaq qabiliyyəti şübhə altına alınıb.
Məlumata görə, bu dəfə isə tədqiqatçılar tərəfindən kağız və texniki polimerlərin hibridindən istifadə edən kağız biobatareya hazırlanıb. Tədqiqatçılar qrupu suda batareyanın deqradasiyasını yoxlayıb və bu prosesi xüsusi qurğular və şərait olmadan və ya mikroorqanizmlər tətbiq etmədən işə sala bilib. Polimer kağız konstruksiyalar çox yüngül, ucuz və elastik olur. Bundan başqa, gücün artırılmasına adi üst-üstə yığılma və ya elastik kağız polimer qurğuların deformasiyası vasitəsilə nail olmaq mümkündür. Biobatareyaların istehsal prosesi çox sadədir və material tələblərdən asılı olaraq modifikasiyalara imkan verir.
Nizam Nuriyev
Baxış sayı: 1264
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib