Tarix:16/10/18
"ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" saytına istinadən yazır ki, yeni ixtira Lozanna Federal Politexnik Məktəbi və İsveçrə Federal Texnologiya İnstitutunun mühəndisləri tərəfindən hazırlanır. Qurğunun karkası adi əlcəkdən ibarətdir, ancaq əlcəyin barmaqlarına xüsusi elektrostatik əyləclər yerləşdirilib.
Hər bir belə əyləc bir-birinin üzərində yerləşmiş 2 metal zolaqdan ibarətdir. Hər iki zolaq adi vəziyyətdə hərəkətləri məhdudlaşdırmır. Ancaq onlardan birinə gərginlik verildikdə metal zolaqlar arasında cazibə qüvvəsi yaranır ki, bu da əyilməyə mane olur. Bundan başqa əlcəyə bərkidilmiş datçiklər əlin vəziyyətini izləməyə və onu virtual məkandakı hərəkətlə əlaqələndirməyə imkan verir.
Alimlər daha sonra proqram təminatını kalibrləyərək sınaqlara başlayıb. Sınaqlar zamanı könüllülərə müxtəlif formalı virtual obyektlərlə qarşılıqlı əlaqə yaratmaq və onları hərəkət etdirmək təklif edilib.
Əlcək obyektlərə toxunuşu hiss etməyə, formanı və sıxlığını fərqləndirməyə imkan verir. Həmçinin məlum olub ki, əlcəyin tətbiqi standart kontrollerlərlə müqayisədə hərəkətlərin dəqiqliyini yüksəldir və elektrostatik əyləclər 2 kq ağırlıq götürməyə imkan verir.
Emil Hüseynov
Virtual reallıqda obyektlərin formasını hiss etməyə imkan verən əlcək hazırlanıb
"HTC", "Oculus" və "Sony" kimi şirkətlərin səyi sayəsində virtual reallıq daha da geniş yayılmaqdadır. Ancaq istənilən virtual reallıq dünyasında bir problem mövcuddur: fiziki əlaqəni hiss etmək mümkün deyil. Lakin virtual reallıqda fiziki əlaqəni hiss etməyə imkan verən əlcəyin ixtirası bir çox şeyi dəyişdirə bilər."ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" saytına istinadən yazır ki, yeni ixtira Lozanna Federal Politexnik Məktəbi və İsveçrə Federal Texnologiya İnstitutunun mühəndisləri tərəfindən hazırlanır. Qurğunun karkası adi əlcəkdən ibarətdir, ancaq əlcəyin barmaqlarına xüsusi elektrostatik əyləclər yerləşdirilib.
Hər bir belə əyləc bir-birinin üzərində yerləşmiş 2 metal zolaqdan ibarətdir. Hər iki zolaq adi vəziyyətdə hərəkətləri məhdudlaşdırmır. Ancaq onlardan birinə gərginlik verildikdə metal zolaqlar arasında cazibə qüvvəsi yaranır ki, bu da əyilməyə mane olur. Bundan başqa əlcəyə bərkidilmiş datçiklər əlin vəziyyətini izləməyə və onu virtual məkandakı hərəkətlə əlaqələndirməyə imkan verir.
Alimlər daha sonra proqram təminatını kalibrləyərək sınaqlara başlayıb. Sınaqlar zamanı könüllülərə müxtəlif formalı virtual obyektlərlə qarşılıqlı əlaqə yaratmaq və onları hərəkət etdirmək təklif edilib.
Əlcək obyektlərə toxunuşu hiss etməyə, formanı və sıxlığını fərqləndirməyə imkan verir. Həmçinin məlum olub ki, əlcəyin tətbiqi standart kontrollerlərlə müqayisədə hərəkətlərin dəqiqliyini yüksəldir və elektrostatik əyləclər 2 kq ağırlıq götürməyə imkan verir.
Emil Hüseynov
Baxış sayı: 1024
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib