Tarix:07/11/18
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, Ştutqartın (Almaniya) Maks Plank Cəmiyyətinin İntellektual Sistemlər İnstitutunun tədqiqatçıları beynəlxalq alimlər qrupu ilə birgə ilk dəfə insan gözünün sıx toxumalarını təhlükəsiz deşərək daxilə nüfuz edə bilən propeller tipli nanorobotlar icad ediblər. Silisium-dioksidi və nikel ərintisi ilə örtülən robotların eni 500 nanometr təşkil edir ki, bu da onlara gözün şüşəyəbənzər cisminin (Corpus vitreum) molekulyar matrisasına sıx şəkildə düzülməyə imkan verir. Onların burğusu insan saçının diametrindən 200 dəfə kiçikdir, forma və sürüşkən örtük isə nanorobotlara göz bəbəyində həssas toxumaları zədələmədən maneəsiz hərəkət etməyə imkan verir.
Məlumata görə, robotların idarəetməsi maqnit sahəsi vasitəsilə həyata keçirilir. Bu, alimlərin nanorobotları sıx toxumalar içindən idarə etdiyi ilk hadisədir. İndiyədək bu, yalnız model sistemlərində və ya bioloji mayelərdə mümkün olub. Tədqiqatçılar ümid edir ki, gələcəkdə nanorobotlar dərmanları və ya terapevtik maddələri bilavasitə orqanizmin ehtiyac duyduğu toxuma və hüceyrələrinə çatdıra biləcəklər.
Nizam Nuriyev
Göz daxilində hərəkət edən nanorobotlar yaradılıb
Beynəlxalq tədqiqatçılar qrupu insan gözü daxilində toxumaları zədələmədən hərəkət edə bilən maqnit nanorobotlar hazırlayıb.“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, Ştutqartın (Almaniya) Maks Plank Cəmiyyətinin İntellektual Sistemlər İnstitutunun tədqiqatçıları beynəlxalq alimlər qrupu ilə birgə ilk dəfə insan gözünün sıx toxumalarını təhlükəsiz deşərək daxilə nüfuz edə bilən propeller tipli nanorobotlar icad ediblər. Silisium-dioksidi və nikel ərintisi ilə örtülən robotların eni 500 nanometr təşkil edir ki, bu da onlara gözün şüşəyəbənzər cisminin (Corpus vitreum) molekulyar matrisasına sıx şəkildə düzülməyə imkan verir. Onların burğusu insan saçının diametrindən 200 dəfə kiçikdir, forma və sürüşkən örtük isə nanorobotlara göz bəbəyində həssas toxumaları zədələmədən maneəsiz hərəkət etməyə imkan verir.
Məlumata görə, robotların idarəetməsi maqnit sahəsi vasitəsilə həyata keçirilir. Bu, alimlərin nanorobotları sıx toxumalar içindən idarə etdiyi ilk hadisədir. İndiyədək bu, yalnız model sistemlərində və ya bioloji mayelərdə mümkün olub. Tədqiqatçılar ümid edir ki, gələcəkdə nanorobotlar dərmanları və ya terapevtik maddələri bilavasitə orqanizmin ehtiyac duyduğu toxuma və hüceyrələrinə çatdıra biləcəklər.
Nizam Nuriyev
Baxış sayı: 712
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib