12px13px15px17px
Tarix:01/12/18

“Samsung” süni intellekt texnologiyasına malik televizorunu təqdim edib

Cənubi Koreyanın “Samsung” şirkəti süni intellekt texnologiyasına malik “QLED 8K” adlı gələcəyin televizorunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “8K AI Upscaling” texnologiyası sayəsində yeni televizorda praktik olaraq istənilən film və seriyalı ən yüksək keyfiyyətdə izləmək olar.
 
“Samsung Quantum Processor 8K” prosessoru istənilən keyfiyyətdə olan məzmunu tanıyaraq təsvirin keyfiyyətini avtomatik olaraq 8K təsvir ölçüsünə kimi yaxşılaşdırmaq imkanına malikdir.
 
“AI Upscaling” texnologiyası maksimum dərəcədə canlı və detallaşdırılmış təsvirin ötürülməsindən başqa səsin yaxşılaşdırılması funksiyasına da malikdir.
 
Emil Hüseynov




Baxış sayı: 838

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024