12px13px15px17px
Tarix:05/01/19

Süni intellekt robotlara hərəkət etməyi öyrədir

Kaliforniya universitetinin mühəndisləri tərəfindən hazırlanmış alqoritm  robotlara hərəkət etməyi öyrədir və bu prosesdə insanın iştirakı tələb olunmur.
 
“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, tədqiqat zamanı avtonom sistem “Minitaur” adlı dördayaqlı robota həm ona tanış, həm də tanış olmayan ərazilərdə hərəkət etməyi öyrədib. Bu halda hərəkətin effektivlik göstəricisi üzrə təlim metodu ənənəvi həllərdən heç də geri qalmayıb, bəzən onları üstələyib.
 
"Bizim texnologiyamız istənilən konfiqurasiyalı konkret robot və müəyyən landşaft üçün mükəmməl adaptasiya edilmiş hərəkət sxemlərinin yaradılmasını təmin edir" – mühəndislər bildiriblər.



Emil Hüseynov




Baxış sayı: 1219

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 Oktyabr 2024

07 10 2024