12px13px15px17px
Tarix:20/06/11

“Nokia E6”-nın onlayn sifarişinə başlanılıb

“Amazon” internet mağazası Symbian əməliyyat sistemində çalışan “Nokia E6” biznes-klass kommunikatorlarına ilkin sifarişlərin qəbuluna başlayıb.
Qurğu monoblok korpusda hazırlanmış, 2,46 düym diaqonallı və 640×480 nöqtə kəskinlikli sensor ekran və QWERTY düzülüşlü klaviatura ilə təchiz edilib. Əməli yaddaşın tutumu 256 MB, birləşdirilmiş fləş daşıyıcının tutumu isə 8 QB təşkil edir.
Smartfonun arsenalında — FM tüner, Bluetooth 3.0 və Wi-Fi-in (802.11b/g/n) simsiz əlaqə adapterləri, akselerometr, rəqəmli kompas, GPS peyk naviqasiya sistemi qəbuledicisi, yaxınlıq və işıqlanma dərəcəsi tənzimçiləri vardır. Telefon 8 meqapiksel kamera və 720p formatında video yazmaq imkanı ilə təchiz olunub.
“Nokia E6” modeli GSM/EDGE 850/900/1800/1900 MHz və WCDMA 850/900/1700/1900/2100 MHz şəbəkələrində istifadəyə hesablanıb. Qiyməti təxminən 450 dollardır.



Baxış sayı: 2507

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024