12px13px15px17px
Tarix:04/11/11

“Motorola” yeni planşetlərini təqdim edib

“Motorola” şirkəti “Xoom 2” və “Xoom 2 Media Edition” planşetlərini təqdim edib. Modellər xarici görünüşünə görə çox oxşardır və yalnız arxa panelin tərtibatına görə fərqlənirlər. Qurğuların texniki xüsusiyyətləri də oxşardır.

“Motorola Xoom 2” və “Xoom 2 Media Edition” planşetləri 1,2 QHz takt tezlikli 2 nüvəli prosessor, 1 QB əməli yaddaş, 16 QB daxili yaddaş və 2 kamera ilə təchiz ediliblər.

“Xoom 2” modeli 10,1 düymlü “HD” kəskinlikli qorunmuş “Gorilla Glass” şüşəsi ilə təchiz edilib. Planşetin ölçüləri 254x174x8,8 millimetr, çəkisi isə 599 qramdır. Avtonom iş müddəti 10 saata çatır.

“Xoom 2 Media Edition” planşeti 8,2 diaqonallı və “HD” kəskinlikli ekranla təchiz edilib. İstehsalçıların sözlərinə əsasən, ekranın görünüş bucağı 178 dərəcə təşkil edir. Planşetin ölçüləri 216x139x8,99 millimetr, çəkisi 386 qramdır. Avtonom iş müddəti 6 saata çatır.





Baxış sayı: 756

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024