Tarix:02/02/19
"ICTnews" Elektron Xəbər Xidməti "naukatv.ru" saytına istinadən yazır ki, mühəndislər tərəfindən gel şəklində hazırlanmış həb mədəyə çatdıqda tez bir zamanda "pinq-ponq" oyunu üçün top ölçüsündə şişir. Həbə quraşdırılmış sensor 30 gün ərzində mədənin temperaturunu fasiləsiz izləyir. Həbin orqanizmdən xaric olunması üçün pasiyent kalsium məhlulu içə bilər ki, nəticədə həb öz ilkin ölçüsünə kimi yığılır və orqanizmdən xaric olur.
Gələcəkdə tədqiqatçılar sözügedən həbi bir neçə müxtəlif sensorla (məsələn, pH səviyyəsinə nəzarət, yaxud bakteriya və virusların axtarışı üçün) təchiz etməyi planlaşdırırlar. Həmçinin şiş və ya xoraların viziuallaşdırılması üçün kiçik kameralar quraşdırıla bilər.
Emil Hüseynov
Bir ay ərzində mədəni izləyə bilən həb hazırlanıb
Massaçusets Texnologiya İnstitutunun yeni qurğusu bir ay ərzində mədə xorası, xərçəng və həzm sisteminin başqa xəstəliklərini izləyə bilər."ICTnews" Elektron Xəbər Xidməti "naukatv.ru" saytına istinadən yazır ki, mühəndislər tərəfindən gel şəklində hazırlanmış həb mədəyə çatdıqda tez bir zamanda "pinq-ponq" oyunu üçün top ölçüsündə şişir. Həbə quraşdırılmış sensor 30 gün ərzində mədənin temperaturunu fasiləsiz izləyir. Həbin orqanizmdən xaric olunması üçün pasiyent kalsium məhlulu içə bilər ki, nəticədə həb öz ilkin ölçüsünə kimi yığılır və orqanizmdən xaric olur.
Gələcəkdə tədqiqatçılar sözügedən həbi bir neçə müxtəlif sensorla (məsələn, pH səviyyəsinə nəzarət, yaxud bakteriya və virusların axtarışı üçün) təchiz etməyi planlaşdırırlar. Həmçinin şiş və ya xoraların viziuallaşdırılması üçün kiçik kameralar quraşdırıla bilər.
Emil Hüseynov
Baxış sayı: 577
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib