Tarix:06/03/19
Eyni zamanda, bu gün Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) təşkilatçılığı ilə "Şərq Tərəfdaşlığı (Eastern Partnership) ölkələri üzrə innovasiya siyasəti indeksi"nə dair əlaqələndirici şəxslərin (Focal Point) görüşü baş tutub.
Belarus Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ev sahibliyi etdiyi görüşdə Şərq Tərəfdaşlığı ölkələri üçün innovasiya siyasəti indeksinin əhatə etdiyi 6 dövləti (Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarusiya və Ermənistan) təmsil edən Milli Əlaqələndiricilər iştirak ediblər.
Görüşdə Milli Əlaqələndirici qismində iştirak edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov öz çıxışında üzv dövlətlərdə mövcud innovasiya siyasəti, eləcə də innovasiya siyasətinin maraqlı tərəfləri kimi çıxış edən dövlət orqanları arasında koordinasiyasının qiymətləndirilməsi, innovativ ideyaların stimullaşdırılması və dəstəklənməsi sahəsində görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, "Şərq Tərəfdaşlığı (Eastern Partnership) ölkələri üzrə innovasiya siyasəti indeksi" layihəsinin məqsədi Şərqi Avropa və Qafqaz ölkələrindəki innovasiya siyasətinin, innovativ institutlar və proseslərin miqyas və keyfiyyətinin qiymətləndirilməsindən ibarətdir.
Azərbaycan “Şərq Tərəfdaşlığı ölkələri üzrə innovasiya siyasəti indeksi”nə dair əlaqələndirici şəxslərin görüşündə təmsil olunub
5-6 mart tarixlərində Minsk şəhərində Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) təşkilatçılığı ilə "Şərqi Avropada və Qafqazda yenilikçi, yüksək artımlı müəssisələrin təşviqi" mövzusunda seminar keçirilib.Eyni zamanda, bu gün Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) təşkilatçılığı ilə "Şərq Tərəfdaşlığı (Eastern Partnership) ölkələri üzrə innovasiya siyasəti indeksi"nə dair əlaqələndirici şəxslərin (Focal Point) görüşü baş tutub.
Belarus Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ev sahibliyi etdiyi görüşdə Şərq Tərəfdaşlığı ölkələri üçün innovasiya siyasəti indeksinin əhatə etdiyi 6 dövləti (Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarusiya və Ermənistan) təmsil edən Milli Əlaqələndiricilər iştirak ediblər.
Görüşdə Milli Əlaqələndirici qismində iştirak edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov öz çıxışında üzv dövlətlərdə mövcud innovasiya siyasəti, eləcə də innovasiya siyasətinin maraqlı tərəfləri kimi çıxış edən dövlət orqanları arasında koordinasiyasının qiymətləndirilməsi, innovativ ideyaların stimullaşdırılması və dəstəklənməsi sahəsində görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, "Şərq Tərəfdaşlığı (Eastern Partnership) ölkələri üzrə innovasiya siyasəti indeksi" layihəsinin məqsədi Şərqi Avropa və Qafqaz ölkələrindəki innovasiya siyasətinin, innovativ institutlar və proseslərin miqyas və keyfiyyətinin qiymətləndirilməsindən ibarətdir.
Baxış sayı: 1446
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir