12px13px15px17px
Tarix:01/06/19

İsraildə robotlar göydələnlərin pəncərələrini təmizləyənləri əvəz ediblər

İsrailin "Skyline Robotics" startapı göydələnlərin pəncərələrini təmizləmək üçün robotlar hazırlayıb.
 
"Skyline Robotics" qurğusu endirici platforma şəklindədir. Platformaya  insanların əvəzinə kompüter görmə sisteminin köməyilə işləyən "Kuka" adlı avtomatlaşdırılmış "əllər" bərkidilib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, platforma hərəkət və maneələrin qeydə alınması datçikləri ilə təchiz edilib ki, bu da qurğunun açıq qoyulmuş pəncərələrlə toqquşmasını aradan qaldırmağa  imkan verəcək. Bundan başqa, işə başlamazdan öncə qurğuya binanın 3D-modelini yükləmək lazımdır ki, alqoritmlər öncədən platformanın hərəkət marşrutunu qura bilsin.
 
Göydələnlərin pəncərələrinin yuyulması prosesinin avtomatlaşdırılması şirkətin insan əməyindən imtina etməsi demək deyil. "Skyline Robotics" şirkəti pəncərə təmizləyənləri işə götürməyə davam edəcək, ancaq indi onlar pəncərələri təmizləməklə həyatları ilə risk etməyəcək, sistemi uzaq məsafədən idarə edəcəklər.
 
Emil Hüseynov



Baxış sayı: 1008

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024