12px13px15px17px
Tarix:01/07/19

Mürəkkəb səhra şəraitində işləyən mütəxəssislər üçün mühafizəli planşet təqdim olunub

Mürəkkəb səhra şəraitində işləyən mütəxəssislər üçün mühafizəli planşet təqdim olunub
 
“Getac” şirkəti sənaye müəssisələri, kommunal şirkətlər və fövqəladə xidmətlərin mütəxəssislərinin işini effektivliyi artırmaqla kompakt form faktorda yüksək etibarlılıq və məhsuldarlığı birləşdirən “UX10” mühafizəli planşetini təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, planşetin konfiqurasiyasına “Intel Core i7-8565U” və ya “i5-8265U” prosessoru, 8 giqabayt operativ yaddaş və 256 giqabayt tutumlu bərkcisimli toplayıcı daxildir. Operativ yaddaşı, həmçinin 16 giqabaytadək artırmaq mümkündür.
 
Planşet 10,1 düymlü və 1920 x 1200 piksel təsvir ölçülü “IPS” tipli ekranla təchiz edilib. Displeyin maksimal parlaqlığı 1000 kandel kvadratmetr (kd/m2) təşkil edir. Ekran bir neçə toxunuşu tanıyan və nəm əllərlə və əlcəklə daxil olmanı dəstəkləyən tutumlu sensorla uyğunlaşdırılıb. Sensor ekranla yanaşı, altı düymə mövcuddur.  
 
Qurğunun mühafizə dərəcəsi IP65 standartına uyğundur. “MIL-STD-810G” testinin tələblərinə uyğunluq planşetin 1,8 m hündürlükdən düşməyə dözümlü olmasını sübut edir. Bundan başqa, planşet -29 dərəcədən +63 dərəcəyədək temperaturda iş qabiliyyətini qoruyur.
 
276,8 x 194,5 x 23,5 qabaritli qurğunun çəkisi 1,22 kq təşkil edir. “Getac UX10” planşeti üçün ilkin sifarişlərin qəbuluna avqustdan etibarən başlamaq nəzərdə tutulur.
 
Nizam Nuriyev




Baxış sayı: 1159

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024