12px13px15px17px
Tarix:03/07/19

İstifadəçilərin fikrini analiz edən nəqliyyat şəbəkəsi işə salınıb

“China Mobile Zhejiang” şirkəti istifadəçilərin fikrini analiz edən “5G Intent-Driven Network” (IDN) nəqliyyat şəbəkəsini kommersiya istifadəsinə verib.
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews www.servernews.ru” resursuna istinadən yazır ki, layihədə Çinin telekommunikasiya nəhəngi “Huawei” iştirak edib. Söhbət dünyanın ən sürətli “5G Intent-driven Network” nəqliyyat şəbəkəsinin qurulmasından gedir. Qoşulma səviyyəsində 10GE/50GE çıxış halqaları “5G” baza stansiyalarında iritutumlu məlumatların ötürülməsi üzrə tələblərə uyğun şəkildə qurulub.
 
Bundan başqa, “China Mobile” şirkətinin mütəxəssisləri tərəfindən təklif edilən “SPN” (Slicing Packet Network) texnologiyası tətbiq edilib. Şəbəkənin işə salınması “China Mobile Zhejiang” qarşısında “5G” şəbəkələrinin kommersiya istifadəsinə verilməsi üçün böyük imkanlar açır.
 
“SPN” şəbəkə seqmentləşdirilməsi üçün istifadə olunur, xidmətin göstərilməsi səviyyəsi haqqında sazişlər əsasında intellektual marşrutlaşdırma isə yüksək keyfiyyətli “5G” nəqliyyat şəbəkəsini təmin edir. Bu, xidmətin göstərilməsi səviyyəsinə zəmanət verir və yüksək tələblərə malik sahə üzrə əlavələrin lazımi dəstəyinə şərait yaradır.  
 
Qeyd olunur ki, “5G” şəbəkələri virtual və əlavə reallıq platformaları, 4K/8К təsvir ölçülü videonun ötürülməsi, teletibb və s. kimi keyfiyyətcə yeni servislərin yaranmasına səbəb olacaq.
 
Nizam Nuriyev




Baxış sayı: 1196

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 Oktyabr 2024

05 10 2024