Tarix:05/07/19
“ICTnews” Elektron Xəbər Xidməti “Regnum www.regnum.ru” resursuna istinadən yazır ki, eynək şəklində olan sistem hərbi qulluqçular üçün sintetik təlim mühiti yaratmağa imkan verən yüksək texnologiyalı qurğudur. O, məşqlərin xüsusi tədris mərkəzində keçirilməsi zəruriyyətini aradan qaldırır.
Mövcud vəziyyət, bina və ya ərazinin relyefi üzərinə, məsələn, terrorçu təşkilatların nümayəndələri şəklində əlavə informasiya yerləşdirilir. İstifadəçi rəylərinə görə, bu, “Call of Duty” üslubunda olan kompüter oyununa çox bənzəyir. Əlavə təsvir reallığa yaxın görünür.
Məşqlər aparıldıqdan sonra komandirlər “IVAS” tərəfindən qeydə alınan informasiya əsasında hərbçilərin səhvlərini və onların aradan qaldırılma yollarını nümayiş etdirə bilərlər. Sistem, həmçinin döyüş şəraitində istifadə oluna bilər. Bunun üçün operator silahının nişangahı eynəyə proyeksiya edilir. Eynəyin displeyinə, məsələn, sistemdən istifadə edən hərbçinin, eləcə də düşmənin harada olması barədə dinamik qeydlər daxil edilir.
ABŞ Müdafiə Nazirliyi və “Microsoft” şirkəti arasında “IVAS” sisteminə dair saziş 2018-ci ilin noyabrında imzalanıb. Sazişin ümumi məbləği 480 milyon dollar təşkil edir.
Nizam Nuriyev
ABŞ ordusu əlavə reallıq eynəyindən istifadə edəcək
ABŞ Quru Qoşunları “The Integrated Visual Augmentation System” (IVAS – inteqrasiya edilmiş təkmilləşdirilmiş vizual müşahidə sistemi) sisteminin sınaqlarını keçirir.“ICTnews” Elektron Xəbər Xidməti “Regnum www.regnum.ru” resursuna istinadən yazır ki, eynək şəklində olan sistem hərbi qulluqçular üçün sintetik təlim mühiti yaratmağa imkan verən yüksək texnologiyalı qurğudur. O, məşqlərin xüsusi tədris mərkəzində keçirilməsi zəruriyyətini aradan qaldırır.
Mövcud vəziyyət, bina və ya ərazinin relyefi üzərinə, məsələn, terrorçu təşkilatların nümayəndələri şəklində əlavə informasiya yerləşdirilir. İstifadəçi rəylərinə görə, bu, “Call of Duty” üslubunda olan kompüter oyununa çox bənzəyir. Əlavə təsvir reallığa yaxın görünür.
Məşqlər aparıldıqdan sonra komandirlər “IVAS” tərəfindən qeydə alınan informasiya əsasında hərbçilərin səhvlərini və onların aradan qaldırılma yollarını nümayiş etdirə bilərlər. Sistem, həmçinin döyüş şəraitində istifadə oluna bilər. Bunun üçün operator silahının nişangahı eynəyə proyeksiya edilir. Eynəyin displeyinə, məsələn, sistemdən istifadə edən hərbçinin, eləcə də düşmənin harada olması barədə dinamik qeydlər daxil edilir.
ABŞ Müdafiə Nazirliyi və “Microsoft” şirkəti arasında “IVAS” sisteminə dair saziş 2018-ci ilin noyabrında imzalanıb. Sazişin ümumi məbləği 480 milyon dollar təşkil edir.
Nizam Nuriyev
Baxış sayı: 1197
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib