Tarix:08/07/19
“ICTnews” Elektron Xəbər Xidməti “naukatv.ru” saytına istinadən yazır ki, maqnit daşıyıcıları hesablama texnikası sahəsində ən səmərəli məlumat daşıyıcıları hesab olunur. Ancaq 2016-cı ildə “Microsoft” şirkəti informasiyanın saxlanılması vasitəsi kimi dezoksiribinuklein turşusundan (DNT) istifadəyə əsaslanan təcrübə keçirməyə başlayıb. İndi Braun Universitetinin alimləri rəqəmli məlumatların süni metabolomlarda (şəkər və aminturşulardan ibarət olan maye) saxlanılmasına nail olublar. Tutumu 2 KB-dək olan rəqəmli təsvirlər xüsusi hazırlanmış metabolit məhlullarında saxlanılıb. Hər bir metabolom 6-dan 12-dək bit məlumat saxlamaq qabiliyyətinə malikdir. Metal lövhələrdə yerləşdirilmiş kiçik ölçülü damcılar qurudulmaq üçün nəzərdə tutulub, bundan sonra məlumatlar mass-spektrometrin tətbiqi ilə oxunulub.
Yeni metod hələ ki terabaytlıq məlumatlar üzərində əməliyyat apara bilmir, amma mütəxəssislər onu informasiyanın saxlanılması üçün çox perspektivli hesab edirlər.
Emil Hüseynov
Rəqəmli təsvirlər metabolit molekullarında saxlanılıb
ABŞ-ın Braun Universitetinin mütəxəssisləri rəqəmli təsvirləri metabolit molekullarında saxlamağa nail olublar.“ICTnews” Elektron Xəbər Xidməti “naukatv.ru” saytına istinadən yazır ki, maqnit daşıyıcıları hesablama texnikası sahəsində ən səmərəli məlumat daşıyıcıları hesab olunur. Ancaq 2016-cı ildə “Microsoft” şirkəti informasiyanın saxlanılması vasitəsi kimi dezoksiribinuklein turşusundan (DNT) istifadəyə əsaslanan təcrübə keçirməyə başlayıb. İndi Braun Universitetinin alimləri rəqəmli məlumatların süni metabolomlarda (şəkər və aminturşulardan ibarət olan maye) saxlanılmasına nail olublar. Tutumu 2 KB-dək olan rəqəmli təsvirlər xüsusi hazırlanmış metabolit məhlullarında saxlanılıb. Hər bir metabolom 6-dan 12-dək bit məlumat saxlamaq qabiliyyətinə malikdir. Metal lövhələrdə yerləşdirilmiş kiçik ölçülü damcılar qurudulmaq üçün nəzərdə tutulub, bundan sonra məlumatlar mass-spektrometrin tətbiqi ilə oxunulub.
Yeni metod hələ ki terabaytlıq məlumatlar üzərində əməliyyat apara bilmir, amma mütəxəssislər onu informasiyanın saxlanılması üçün çox perspektivli hesab edirlər.
Emil Hüseynov
Baxış sayı: 1081
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib