Tarix:10/07/19
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, modelləşdirmə vasitəsilə xüsusi proqram ispan jest dilinin konkret işarələrini ifadə etmək üçün robotlaşdırılmış barmaqların hər falanqasının konkret vəziyyətini göstərir. Tədqiqatın məqsədi robotun hərəkətlərini müəyyən jestə bənzətməklə yanaşı, həm də onu təbii etmək olub. Müxtəlif neyron şəbəkə tipi sınaqdan keçirilib ki, bu da jest dilinin köməyi ilə ünsiyyət quran insanlar tərəfindən yaxşı qavranılan nisbətən asan anlaşılan variantı seçməyə imkan verib.
Hazırda "TEO" robotu jest dilinin əlifbasını, eləcə də ev işləri ilə bağlı əsas lüğəti mənimsəyib. Robotun lüğət ehtiyatını genişləndirməsi və tamamlanmış cümlələrdən istifadə etməyə başlaması məqsədilə sistemin təkmilləşdirilməsi davam etdirilir. Perspektivdə robotdan eşitmə və nitq funksiyası pozulmuş insanlara ev işlərində köməkçi kimi istifadə planlaşdırılır.
Nizam Nuriyev
Yeni insanabənzər robot jest dilində danışır
İspaniyanın robot texniklər qrupu jest dilində danışan "TEO" adlı insanabənzər robot yaradıb."ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, modelləşdirmə vasitəsilə xüsusi proqram ispan jest dilinin konkret işarələrini ifadə etmək üçün robotlaşdırılmış barmaqların hər falanqasının konkret vəziyyətini göstərir. Tədqiqatın məqsədi robotun hərəkətlərini müəyyən jestə bənzətməklə yanaşı, həm də onu təbii etmək olub. Müxtəlif neyron şəbəkə tipi sınaqdan keçirilib ki, bu da jest dilinin köməyi ilə ünsiyyət quran insanlar tərəfindən yaxşı qavranılan nisbətən asan anlaşılan variantı seçməyə imkan verib.
Hazırda "TEO" robotu jest dilinin əlifbasını, eləcə də ev işləri ilə bağlı əsas lüğəti mənimsəyib. Robotun lüğət ehtiyatını genişləndirməsi və tamamlanmış cümlələrdən istifadə etməyə başlaması məqsədilə sistemin təkmilləşdirilməsi davam etdirilir. Perspektivdə robotdan eşitmə və nitq funksiyası pozulmuş insanlara ev işlərində köməkçi kimi istifadə planlaşdırılır.
Nizam Nuriyev
Baxış sayı: 1192
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib