Tarix:12/07/19
“ICTnews” Elektron Xəbər Xidməti “Regnum www.regnum.ru” resursuna istinadən yazır ki, ölkə hökuməti artıq dron və digər uçuş aparatlarını vura bilən “Dragonfire” dəniz lazer silahı üçün 30 milyon funt-sterlinq xərcləyib. Bu sistemin nümayişi 2019-cu ilin sonuna planlaşdırılır.
Bundan başqa, sənaye və alimlər qarşısında gəmi, vertolyot və zirehli texnikada quraşdırılacaq tuşlanan enerji silahının üç yeni növünün yaradılması vəzifəsi qoyulub.
Lazer sistemlərindən düşmən pilotsuz uçan aparat və raketlərinin məhvi, radiotezlik silahından isə kompüter və elektronikanın sıradan çıxarılması üçün istifadə nəzərdə tutulur.
Yeni sistemlərin effektivliyinin, eləcə də mövcud dəniz, hava və quru platformalarında quraşdırılması imkanlarının müəyyənləşdirilməsi məqsədilə onların 2023-cü ildə donanma gəmiləri və hərbi avtomobillər üzərində sınaqlarının keçiriləcəyi gözlənilir.
Nizam Nuriyev
Britaniya lazer silahının hazırlanmasına 130 milyon funt-sterlinq yatıracaq
Böyük Britaniya Müdafiə Nazirliyi düşmənin raket, təyyarə, kompüter və elektron şəbəkələrini məhv edə bilən yeni nəsil silahın tədqiqinə 130 milyon funt-sterlinq investisiya qoyacaq. Yerli hərbçilərin fikrincə, elektriklə və sursatsız işləyən lazer və radiotezlik silahı Britaniya hərbçilərinə gələcəkdə döyüş meydanında üstünlük qazandıra bilər.“ICTnews” Elektron Xəbər Xidməti “Regnum www.regnum.ru” resursuna istinadən yazır ki, ölkə hökuməti artıq dron və digər uçuş aparatlarını vura bilən “Dragonfire” dəniz lazer silahı üçün 30 milyon funt-sterlinq xərcləyib. Bu sistemin nümayişi 2019-cu ilin sonuna planlaşdırılır.
Bundan başqa, sənaye və alimlər qarşısında gəmi, vertolyot və zirehli texnikada quraşdırılacaq tuşlanan enerji silahının üç yeni növünün yaradılması vəzifəsi qoyulub.
Lazer sistemlərindən düşmən pilotsuz uçan aparat və raketlərinin məhvi, radiotezlik silahından isə kompüter və elektronikanın sıradan çıxarılması üçün istifadə nəzərdə tutulur.
Yeni sistemlərin effektivliyinin, eləcə də mövcud dəniz, hava və quru platformalarında quraşdırılması imkanlarının müəyyənləşdirilməsi məqsədilə onların 2023-cü ildə donanma gəmiləri və hərbi avtomobillər üzərində sınaqlarının keçiriləcəyi gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 994
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib