Tarix:01/08/19
"ICTnews" Elektron Xəbər Xidməti "Servernews www.servernews.ru" resursuna istinadən yazır ki, 2012-ci ildə qurulan "Raijin" sistemi 1,67 petaflops məhsuldarlığa malik olub. Aparılmış bir sıra modernləşdirmə işləri sayəsində superkompüterin məhsuldarlığı 3,8 petaflopsadək artırılıb. "Gadi" superkompüterinin əvvəlki sistemlə müqayisədə məhsuldarlığının 10 qat artırılması onun 38 petaflopsadək pik hesablama sürətini təmin edəcək. Layihə superkompüterin hazırlanmasına 70 milyon Avstraliya dolları (40 milyon ABŞ dolları) qoyacaq ölkənin hökumət fondları tərəfindən maliyyələşdirilmə ilə həyata keçiriləcək.
"Fujitsu Gadi" sistemi "Lenovo", "Intel", "NVIDIA", "NetApp", "Mellanox", "DDN" (Lustre), "Altair" və "Schneider Electric" şirkətlərinin proqram təminatı və texnologiyaları ilə təchiz ediləcək. Platformanın əsasını "Intel Optane DCPMM" yaddaşına və "NVIDIA V100" sürətləndiricisinə malik "Platinum" seriyalı ikinci nəsil "Intel Xeon Scalable" prosessorları bazasında ən yeni "Fujitsu Primergy CX2570 M5" serverləri təşkil edəcək. Komponentlərin soyudulması üçün "Fujitsu" və "Lenovo Neptune" maye soyutma sistemi tətbiq ediləcək.
Nizam Nuriyev
Avstraliyada “Fujitsu Gadi” superkompüteri qurulacaq
Yaponiyanın "Fujitsu" şirkətinin Avstraliya bölməsi Kanberra şəhərində yerləşən Avstraliya Milli Universitetində əvvəlki "Raijin" sistemini əvəzləyəcək "Gadi" adlı yeni və daha güclü superkompüter quraşdıracaq. Gələcək supersistemin məhsuldarlığı barədə məlumat verilməsə də, onun əvvəlki sistemi 10 dəfə üstələyəcəyi bildirilir."ICTnews" Elektron Xəbər Xidməti "Servernews www.servernews.ru" resursuna istinadən yazır ki, 2012-ci ildə qurulan "Raijin" sistemi 1,67 petaflops məhsuldarlığa malik olub. Aparılmış bir sıra modernləşdirmə işləri sayəsində superkompüterin məhsuldarlığı 3,8 petaflopsadək artırılıb. "Gadi" superkompüterinin əvvəlki sistemlə müqayisədə məhsuldarlığının 10 qat artırılması onun 38 petaflopsadək pik hesablama sürətini təmin edəcək. Layihə superkompüterin hazırlanmasına 70 milyon Avstraliya dolları (40 milyon ABŞ dolları) qoyacaq ölkənin hökumət fondları tərəfindən maliyyələşdirilmə ilə həyata keçiriləcək.
"Fujitsu Gadi" sistemi "Lenovo", "Intel", "NVIDIA", "NetApp", "Mellanox", "DDN" (Lustre), "Altair" və "Schneider Electric" şirkətlərinin proqram təminatı və texnologiyaları ilə təchiz ediləcək. Platformanın əsasını "Intel Optane DCPMM" yaddaşına və "NVIDIA V100" sürətləndiricisinə malik "Platinum" seriyalı ikinci nəsil "Intel Xeon Scalable" prosessorları bazasında ən yeni "Fujitsu Primergy CX2570 M5" serverləri təşkil edəcək. Komponentlərin soyudulması üçün "Fujitsu" və "Lenovo Neptune" maye soyutma sistemi tətbiq ediləcək.
Nizam Nuriyev
Baxış sayı: 1073
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib