12px13px15px17px
Tarix:21/06/11

Telefonlar mayka və səsin köməyi ilə enerji yığacaq (VIDEO)

Artıq bir neçə ildir ki, “Orange” operatoru hər il məxsusi “Qlastonberi” festivalının ziyarətçiləri üçün telefonların yüklənməsinin orijinal üsullarını fikirləşir. Keçən il, “Orange”nin Britaniya bölməsi istiliyi elektrik enerjisinə çevirən rezin çəkmələr təklif edib.
Bu dəfə operator pyezoelektrik plyonkası ilə xüsusi maykanı təqdim edib. O, aşağı tezlikli səs titrəyişlərini cərəyana çevirə bilir. Alınmış enerji telefonun yüklənməsi üçün kifayət edir.
“Qlastonberi” festivalı çərşənbə günü, iyun ayının 22-də başlanacaq və həftənin sonuna qədər davam edəcək. Builki tədbirdə dünyaca məşhur ulduzlar U2, B.B. King, Coldplay, Beyonce, The Chemical Brothers və başqaları çıxış edəcəklər. 







Baxış sayı: 1042

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024