12px13px15px17px
Tarix:17/09/19

İlk “Motorola” televizorları buraxılıb

Smartfon istehsalçısı kimi tanınan “Motorola” şirkəti televizorlar bazarına daxil olaraq “Motorola TV” brendli ilk modellər seriyasını təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “VC www.vc.ru” resursuna istinadən yazır ki, baxış bucağı 178 dərəcə təşkil edən televizorlarda səsi ekran altında yerləşən 30 vat gücündə səs paneli təmin edir. “Android 9” əməliyyat sisteminin idarəetməsi ilə işləyən modellər oyunları dəstəkləyir. Dəstə, həmçinin simsiz kontroller daxildir. Televizorlar modeldən asılı olaraq 1 giqabaytlıq və ya 2,25 giqabaytlıq operativ yaddaş və 8 və ya 16 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunub.  
 
Məlumata görə, “Motorola” televizorlarının ilk satışa çıxarılacağı ölkə Hindistan olacaq. Satışlara yerli “Flipkart” onlayn pərakəndə satış şirkəti ilə tərəfdaşlıqda başlamaq nəzərdə tutulur. Yeni modellərin digər ölkələrdə nə vaxt satışa çıxarılacağı barədə məlumat verilmir.
 
32 düymlük “HD” ekranlı kiçik modelin qiyməti 196 dollar, 65 düymlük “4K” formatlı ekrana malik böyük modelin isə 910 dollar təşkil edir. Bundan başqa, alıcılara 43, 50 və 55 düym diaqonallı modellər təklif olunur.
 
Nizam Nuriyev




Baxış sayı: 962

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024