12px13px15px17px
Tarix:19/09/19

Ən sürətli süni intellekt klasteri təqdim olunub

“Huawei” şirkəti Şanxayda keçirilən “HUAWEI Connect 2019” konfransı çərçivəsində “Atlas 900” süni intellekt klasterini nümayiş etdirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, yeni klaster modeli məhsuldarlığın müəyyənləşdirilməsi üzrə “Resnet-50” xüsusi testindən 59,8 saniyə ərzində keçib. Bu, əvvəlki dünya rekordundan 10 saniyə tezdir. Minlərlə “Ascend 910 AI” çipinin daxil olduğu “Atlas 900” klasteri üç yüksəksürətli interfeysi (o cümlədən “PCIe 4.0) birləşdirir. Həllin pik məhsuldarlığı 1 petaflops təşkil edir.
 
Şirkət nümayəndələri qeyd edib ki, hazırda süni intellekt on əsas sahəyə aid 500-dən çox layihədə tətbiq edilib. “Atlas 900”-dən astronomiya və havanın proqnozlaşdırılmasından tutmuş, neft yataqlarının işlənməsi və avtonom idarəetmə sistemləri kimi tətbiqədək müxtəlif elmi tədqiqat sahələrində istifadə mümkündür.
 
Şirkət yeni klasteri, həmçinin “bulud” servisində klaster xidməti qismində quraşdırıb ki, bu da ondan müxtəlif sənaye sahələrinin müştəriləri üçün istifadəni daha da əlverişli edir. İstehsalçının planlarına beş milyon tərtibatçı üçün nəzərdə tutulan proqrama daha 1,5 milyard dollar investisiya qoymaq və tərəfdaşlara yeni əlavələr yaratmağa imkan vermək daxildir.
 
Nizam Nuriyev





Baxış sayı: 918

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024