12px13px15px17px
Tarix:19/09/19

“Samsung” böyük tutumlu batareyaya malik ucuz “M30s” smartfonunu təqdim edib

“Samsung” şirkəti “Galaxy M30s” adlı ucuz smartfonunu təqdim edib. Aparatı 6000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Bu batareya 29 saatlıq videonu fasiləsiz izləməyə, 49 saat səsli zəng etməyə və ya 131 saat ərzində musiqi dinləməyə imkan verir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, USB Type-C kabeli ilə sürətli enerjidoldurma texnologiyası dəstəklənir. Qurğunun digər texniki xüsusiyyətləri aşağıdakı kimidir: 6,4 düymlük U formalı kəsiyə malik “Full HD+” displey və 10 nanometrlik texnologiya üzrə hazırlanmış 8 nüvəli “Exynos 9611” çipi.
 
“Galaxy M30s” aparatı üçqat kamera ilə təchiz edilib. Əsas 48 meqapiksellik sensoru (f/2,0) 8 mp-lik genişbucaqlı obyektiv (f/2,2, 123 dərəcə) və avtoportretlərin çəkilişi vaxtı effektlər əlavə etmək üçün 5 mp-lik dərinlik sensoru (f/2,2) tamamlayır. 4K rejimində video çəkilişi mümkündür.
 
Arxa paneldə “Samsung”un loqotipinin üstündə barmaq izləri skaneri quraşdırılıb. İki SİM kart və FM radio dəstəyi var. Həmçinin 3,5 mm-lik qulaqlıqlar üçün audioçıxış mövcuddur.
 
Emil Hüseynov



Baxış sayı: 953

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024