12px13px15px17px
Tarix:24/09/19

Avstraliyada telefondan istifadə edən sürücüləri aşkar edən texnologiya təqdim edilib

Avstraliya hökuməti sükan arxasında sosial şəbəkələrdən istifadə edən sürücülərin şəklini çəkəcək kameralar quraşdırıblar. Sözügedən texnologiya hələ ki yalnız ölkənin bir ştatında yoxlanılacaq və qanunu pozanlar 230 dollar məbləğində cərimələnəcək.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, Avstraliyanın yol təhlükəsizliyi üzrə ekspertləri smartfonlardan istifadə edən sürücülərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının artmasından narahatdırlar. Onların iddiasına görə, telefonlardan istifadə edən sürücülərin qəzaya düşmə ehtimalı 4 dəfə çoxdur.
 
 
Hökumət ştatlardan birində mobil telefonlardan istifadə edən sürücüləri  aşkar etmək üçün 45 kamera quraşdırmaq niyyətindədir. Bundan sonra kameraların sayı artırılacaq.
 
Bu sistemlərdən hər biri iki kameradan ibarətdir. Onlardan biri avtomobilin nömrəsinin şəklini çəkir, ön şüşəyə tuşlanmış digər kamera isə sürücünün nə ilə məşğul olduğunu qeydə ala bilər.
 
Emil Hüseynov



Baxış sayı: 912

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024