12px13px15px17px
Tarix:25/09/19

“Atlas” robotu gimnastik hərəkətlər etməyə başlayıb (VİDEO)

“Boston Dynamics” şirkəti insanabənzər “Atlas” robotunun qeyri-adi bacarıqlarını nümayiş etdirən yeni video dərc edib. Ağır görünən mexanizm artıq əksər insanların təkrarlaya bilmədiyi çətin gimnastik hərəkətləri yerinə yetirir.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, yarım metrlik robot hoppanır, kəlləmayallaq gedir, fırlanır və əl üstə dayanır. Mexanizmin bu hərəkətləri yerinə yetirməsinə görə onun korpusunun müxtəlif hissələrinə quraşdırılan 28 hidravlik ötürücü və xüsusi proqram alqoritmləri məsuliyyət daşıyır.
 
Mütəxəssislərin sözlərinə görə, “Atlas” bir manevrdən digərinə sərbəst keçməni təmin edən və davranış modeli barədə əvvəlcədən məlumat verən kontrollerdən istifadə edərək hərəkəti izləyir.
 
Şirkətin məlumatına görə, yeni proqram təminatı verilən komandaların yerinə yetirilməsinin sürətləndirilməsini 80 faiz effektivliklə təmin edir.
 
Nizam Nuriyev






Baxış sayı: 926

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024