12px13px15px17px
Tarix:25/09/19

“iPadOS” sistemi “Apple” planşetlərini kompüterə yaxınlaşdıracaq

"Apple" şirkəti "iPad" planşetləri üçün ilk "iPadOS" əməliyyat sistemini nümayiş etdirib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Vesti www.vesti.ru" resursuna istinadən yazır ki, "iPadOS" istifadəçilərə "Apple" planşetlərini "iPhone" smartfonlarından daha çox kompüterə yaxınlaşdıran imkanlar təqdim edir. Onların sırasında çoxfunksiyalılığın genişləndirilməsi, bir proqramın iki pəncərədə göstərilməsi, yeni şriftlərin dəyişdirilməsi və yüklənilməsi və s. kimi funksiyalar yer alıb.
 
Bundan başqa, "SD" kartlarını və fləş toplayıcılarını dəstəkləməyə başlayan yenilənmiş "Files" proqramı "iPad" planşetlərində faylları daha rahat idarə etməyə imkan verir. Həmçinin mətnin kopyalanması və digər yerə qoyulması funksiyası təkmilləşdirilib.
 
"iPadOS" sistemində "Safari" brauzeri də kompüter versiyasına yaxınlaşdırılıb. Belə ki, brauzer yükləmə meneceri, 30 yeni klaviş birləşməsi dəstəyi, eləcə də mətnin ölçüsünü tənzimləmək və ayrıca sayt üçün quraşdırmaları dəyişdirmək imkanı ilə təchiz edilib.
 
"iPadOS" əməliyyat sistemini "iPad Air 2" və daha əvvəlki modellərə, "iPad Pro", "iPad 5" və daha sonrakı nəsil modellərə, eləcə də "iPad mini 4" və daha əvvəlki planşet modellərinə quraşdırmaq mümkündür.
 
Planşetlər üçün əməliyyat sistemi ilə yanaşı, "Apple" şirkəti smartfonlar üçün nəzərdə tutulan "iOS 13.1" sistemini buraxıb. Sistem yenilənməsinə səhvlərin düzəlişi, avtomatlaşdırılmış "Siri Shortcuts" komandaları və s. daxildir.
 
Nizam Nuriyev






Baxış sayı: 371

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 Aprel 2020

07 04 2020

07/04/20
“WhatsApp” koronavirusa görə mesajların kütləvi göndərilməsini məhdudlaşdırıb

“WhatsApp” messenceri mesajların kütləvi göndərilməsinə məhdudiyyət tətbiq edəcək. Şirkətin bloqunda deyi

07/04/20
Uzun müddət avtonom işləyən “vivo Y50” smartfonu təqdim edilib

“Vivo” şirkəti yeni “V19” smartfonunun ardınca “Y50” adlı daha ucuz modelini elan edib.

07/04/20
“Wi-Fi 6” dəstəkli “Redmi” ev marşrutlayıcısı buraxılacaq

Çinin “Xiaomi” şirkətinə məxsus “Redmi” brendi ev istifadəsi üçün yeni marşrutlayıcı təqdim etmə

07/04/20
“5G” stansiyaları koronavirusun yayılmasına səbəb olur?

Böyük Britaniyanın Liverpul, Birmingem və Mersisayd şəhərlərinin sakinləri ötən həftə “5G” stansiyalarını

07/04/20
Yaponiya koronavirusun tədqiqi üçün superkompüterdən istifadə edir

Yaponiyanın "Riken" Təbii Elmlər İnstitutu yanında kompüter tədqiqatları mərkəzi koronavirusla bağlı tədq

07/04/20
Qrafik prosessor istehsalçısı “COVID-19” ilə mübarizə üçün “HPC” konsorsiumuna qoşulub

“NVIDIA” şirkəti yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə yönələn “High Performance Com

07/04/20
“Snapdragon 712” prosessoru və ikiqat selfi kamera ilə təchiz edilmiş “vivo V19” smartfonu təqdim edilib

“Vivo” şirkətinin qurğular çeşidinə “vivo V19” adlı model də əlavə edilib.

07/04/20
“Apple” 20 milyondan çox tibbi maska və qoruyucu ekran istehsal edib

ABŞ-ın “Apple” şirkəti koronavirusun yayılması ilə mübarizə aparmaq məqsədilə 20 milyondan çox tibbi mask

07/04/20
“Samsung Galaxy Chromebook” noutbuku satışa çıxarılıb

Cənubi Koreyanın “Samsung” şirkətinin ilin əvvəlində “CES 2020” beynəlxalq elektronika sərgisində təqdim