Tarix:04/10/19
“ICTnews” Elektron Xəbər Xidməti “ITCua.www.itc.ua” resursuna istinadən yazır ki, məlumata görə, teleskopu verilmiş hündürlüyə qaldırmaq üçün “NASA” ölçüsünə görə futbol meydançasına bərabər geldən ibarət aerostatdan istifadə edib. Bu ölçüdə aerostat teleskopun böyük qabaritlərə və ağır çəkiyə malik olması ilə əlaqədardır. Belə ki, onun uzunluğu 4,3 metr, eni 0,9 metr, çəkisi 680 kiloqram təşkil edir.
Bildirilir ki, “PICTURE-C” teleskopu daha aydın görüntünü təmin etmək üçün Yer atmosferinin sərhədində fəaliyyət göstərəcək. Bu, bir buraxılışdan sonra havada bir neçə saat qalacaq çoxdəfəli avadanlıqdır. Missiya başa çatdıqdan sonra teleskop ayrılaraq paraşüt vasitəsilə Yerə dönəcək. Agentlik tərəfindən layihəyə 5,6 milyon dollar investisiya yatırılıb.
Teleskopun növbəti buraxılışı 2020-ci ilə nəzərdə tutulur. Qurğu tədqiqat qrupuna planetlərin axtarışında kömək üçün daha çox kosmik məkan şəkilləri çəkəcək. Layihə, həmçinin Yer kürəsinə bənzər planetlərlə yanaşı, digər kosmik obyektlərin kəşfinə kömək edə bilər.
Nizam Nuriyev
Ekzoplanetlərin axtarışı üçün teleskopun sınaqları keçirilib
ABŞ Kosmik Agentliyi (NASA) Yer kürəsinə bənzər planetlərin axtarışı məqsədilə işığı ulduzlardan ayırmaq üçün xüsusi optik texnologiyadan istifadə edən “PICTURE-C” teleskopunu 38,1 kilometr hündürlüyə qaldırıb.“ICTnews” Elektron Xəbər Xidməti “ITCua.www.itc.ua” resursuna istinadən yazır ki, məlumata görə, teleskopu verilmiş hündürlüyə qaldırmaq üçün “NASA” ölçüsünə görə futbol meydançasına bərabər geldən ibarət aerostatdan istifadə edib. Bu ölçüdə aerostat teleskopun böyük qabaritlərə və ağır çəkiyə malik olması ilə əlaqədardır. Belə ki, onun uzunluğu 4,3 metr, eni 0,9 metr, çəkisi 680 kiloqram təşkil edir.
Bildirilir ki, “PICTURE-C” teleskopu daha aydın görüntünü təmin etmək üçün Yer atmosferinin sərhədində fəaliyyət göstərəcək. Bu, bir buraxılışdan sonra havada bir neçə saat qalacaq çoxdəfəli avadanlıqdır. Missiya başa çatdıqdan sonra teleskop ayrılaraq paraşüt vasitəsilə Yerə dönəcək. Agentlik tərəfindən layihəyə 5,6 milyon dollar investisiya yatırılıb.
Teleskopun növbəti buraxılışı 2020-ci ilə nəzərdə tutulur. Qurğu tədqiqat qrupuna planetlərin axtarışında kömək üçün daha çox kosmik məkan şəkilləri çəkəcək. Layihə, həmçinin Yer kürəsinə bənzər planetlərlə yanaşı, digər kosmik obyektlərin kəşfinə kömək edə bilər.
Nizam Nuriyev
Baxış sayı: 1077
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib