12px13px15px17px
Tarix:22/11/11

Saatda 80 kilometr sürətlə qaçan ikiayaqlı robot (VIDEO)

Tədqiqatçılar qrupu dəvəquşuna oxşar ikiayaqlı robot nümunəsi yaradıblar. Robot saatda 80 kilometr sürətlə hərəkət edir. Robot tərtibatçıları bildiriblər ki, onlar çox asanlıqla ən sürətli sprinteri (qısa məsafəyə qaçış idmançısı) ötəcəklər.

Yeni “FastRunner” robotu Floridanın robot texnikası ilə bağlı problemlər institutu və Massaçusets Texniki İnstitutunun bir neçə tərtibatçılar qrupu tərəfindən yaradılıb. Robotun layihəsinin hazırlanması “DARPA” elmi hazırlamalar hərbi agentliyi tərəfindən inkişaf etdirilən elmi-tədqiqat layihəsi çərçivəsində aparılıb.

Floridadan tədqiqatçılar bildiriblər ki, onlar hərəkətin "təbii konsepsiyaları"nı araşdırıblar və onların bazası əsasında “FastRunner” hərəkət sistemini layihələşdiriblər.

Tərtibatçıların sözlərinə əsasən, onların hazırladığı robotun əsası kimi dəvəquşunun hərəkət sistemi götürülüb, lakin robota saatda 80 kilometr sürətlə hərəkət etməyə imkan verən bəzi həllər əlavə edilib.

"İkiayaqlı robotlar, bizim fikrimizcə, hərəkət üçün optimaldırlar, çünki onlar daha möhkəmdirlər və çəkisi azdır" – “FastRunner” hazırlama layihəsinin rəhbəri Sebasten Kotton bildirib.

Onun sözlərinə əsasən, hal-hazırda ən vacib problem "ikiayaqlı dizayn"ın qeyri-sabitliyidir. Tərtibatçılar mürəkkəb proqram təminatı yazmalı olacaqlar, belə ki həmin proqram təminatı əyri yollarda qaçış zamanı robotun vəziyyətini sabitləşdirəcək.

Robotun gələcəkdə kəşfiyyat, axtarış və xilasedici əməliyyatlarda istifadə edilməsi təklif edilir.





Baxış sayı: 1331

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Oktyabr 2024

03 10 2024