12px13px15px17px
Tarix:16/11/19

Diş protezləri üçün “3D” printer hazırlanıb

"Formlabs" şirkəti tərəfindən diş protezlərinin çapı üçün hazırlanmış xüsusi "3D" printer stomatoloji klinikalar üçün nəzərdə tutulub.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, yeniliyin bir neçə ay sonra satışa çıxarılması gözlənilir. "Formlabs" şirkəti qurğuda lazer stereolitoqrafiya (SLA) texnologiyalarından istifadə edib. Bu kimi metodda maye material lazer şüasının təsiri altında qat-qat bərkiyir. Buna görə texnologiya yüksək dəqiqliyə malikdir.
 
Xüsusi proqram təminatı ilə tədarük olunacaq yeni printer "Form 3b" adlanır. Şirkətin nümayəndəsi iddia edir ki, qurğu üçün xüsusi tibbi qatranların hazırlanmasına 1 milyon dollardan çox sərmayə yatırıb. Bunun sayəsində printer tez və ucuz şəkildə koronka (diş tacı) və körpülər, təmizləyici fiksatorlar, diş implantasiyası prosedurları üçün təlimatlar, ağız boşluğu üçün xüsusi qoruyucu qurğular və hətta bütöv protezlər yaratmaq imkanına malikdir.
 
Emil Hüseynov



Baxış sayı: 1430

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024