Tarix:22/06/11
“Tilera” 100 nüvəli çiplərin hazırlanmasında əməkdaşlıq edən şirkətlərin adlarını açıqlamayıb.
“TileGX-3100” prosessorları 1-dən 1,5 QHz-ə qədər tezliklərdə işləyir və cəmi 48 Vatt enerji sərf edir. “Tilera” iddialarına əsasən, təqdim edilmiş çiplər “İntel” və AMD istehsalının prosessorları ilə müqayisədə az enerji sərf edərək bir dövr üzrə daha çox əməliyyat emal edə bilmə imkanına malikdir.
İndi çip istehsalçıları məhsuldarlıq göstəricilərinin yaxşılaşması üçün yeni hesablama nüvələrinin əlavə edilməsi strategiyasını seçiblər. Hal-hazırda bütün dünya üzrə məlumat mərkəzlərində “İntel” çipləri üstünlük təşkil edir. AMD şirkəti 12 nüvəli “Opteron” prosessorları ilə seçilir. Bu il AMD 16 nüvəli prosessor istehsal etməyi planlaşdırır.
100 nüvəli prosessor
Yeni mikroprosessor istehsalçısı “Tilera” bu gün 100 nüvəli yeni mərkəzi prosessor (CPU) haqda məlumat verib. Şirkət yeni prosessorların bazar liderləri – “İntel” və “Advanced Micro Devices” ilə müvəffəqiyyətlə rəqabət aparmağa qadir olacağına ümid edir. “Tilera”dan bildiriblər ki, 100 nüvəli “TileGX-3100” çipləri kifayət qədər az elektrik enerjisi sərf edir. Prosessorların verilənlər bazası idarə sistemi qurulmuş serverlərdə, veb serverlərdə istifadə edilə bilər.“Tilera” 100 nüvəli çiplərin hazırlanmasında əməkdaşlıq edən şirkətlərin adlarını açıqlamayıb.
“TileGX-3100” prosessorları 1-dən 1,5 QHz-ə qədər tezliklərdə işləyir və cəmi 48 Vatt enerji sərf edir. “Tilera” iddialarına əsasən, təqdim edilmiş çiplər “İntel” və AMD istehsalının prosessorları ilə müqayisədə az enerji sərf edərək bir dövr üzrə daha çox əməliyyat emal edə bilmə imkanına malikdir.
İndi çip istehsalçıları məhsuldarlıq göstəricilərinin yaxşılaşması üçün yeni hesablama nüvələrinin əlavə edilməsi strategiyasını seçiblər. Hal-hazırda bütün dünya üzrə məlumat mərkəzlərində “İntel” çipləri üstünlük təşkil edir. AMD şirkəti 12 nüvəli “Opteron” prosessorları ilə seçilir. Bu il AMD 16 nüvəli prosessor istehsal etməyi planlaşdırır.
Baxış sayı: 1011
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib