12px13px15px17px
Tarix:13/01/20

Xərçəngin şüa terapiyası üçün yeni aparat həftəlik kursu 1 saniyə ərzində keçməyə imkan verir

Alimlər tərəfindən xərçəngin şüa terapiyası üçün hazırlanmış qurğu pasiyentə həftəlik kursu 1 saniyə ərzində keçməyə imkan verir. Sınaqlar nəticəsində məlum olub ki, xəstənin 1 saniyə ərzində qəbul etdiyi həftəlik radiasiya dozası da xərçəng hüceyrələrini effektiv şəkildə məhv edir, amma sağlamlığa daha az zərər vurur. Yeni qurğunun təsviri "International Journal of Radiation Oncology, Biology, and Physics" jurnalında dərc edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, hazırda şüa terapiyası xərçəngin bəzi növləri ilə mübarizədə ən effektiv metodlardan biridir. Ancaq bu metod mükəmməl deyil, çoxlu sayda xərçəng hüceyrələrinin məhv edilməsi üçün pasiyent 7 gündən bir neçə həftəyədək davam edən radiasiya terapiya kursu keçməli olur.

 

Terapiya zamanı xəstə radiasiya şüalanmasına məruz qalır ki, bu da yalnız xərçəng hüceyrələrini məhv etmir, həm də sağlam hüceyrələr zərərə məruz qalır. Beləliklə, xərçəng hüceyrələri məhv edilsə də, pasiyentin sağlamlığında başqa problemlər yarana bilər.

 

Pensilvaniya Universitetinin alimləri bu problemin mümkün həllini axtarıb tapıblar: onlar tərəfindən hazırlanmış "FLASH" adlı qurğu pasiyentə 1 saniyə ərzində həftəlik radiasiya dozasını verir.

 

Mədəaltı vəzi xərçəngindən əziyyət çəkən siçanlar üzərində keçirilmiş sınaqlar zamanı məlum olub ki, yeni metod həftəlik kimyaterapiya kursu kimi effektivdir. Bu halda "FLASH" terapiya sağlam hüceyrələrin məhvini azaldıb və şüa terapiyasının əlavə təsiri olan bağırsaq fibrozuna səbəb olmayıb.

 

Emil Hüseynov





Baxış sayı: 334

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Yanvar 2020

23 01 2020

23/01/20
“Ağıllı” qurğuların tədarük həcmi 3 milyardı ötəcək

“Canalys” tədqiqat şirkətinin analitikləri yaxın illərdə “ağıllı” qurğuların tədarük həcminin yüksək

23/01/20
“Xiaomi” 5 cihaz üçün universal enerji doldurma qurğusunu təqdim edib

“Xiaomi” şirkəti “Youpin” kraudfandinq platformasında çoxsaylı cihazların sahibləri üçün nəzərdə

23/01/20
Universal yaddaş tipi hazırlanıb

Böyük Britaniyanın Lankaster Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış yeni yaddaş tipi həm

23/01/20
“JDI” unikal biometrik skaner nümayiş etdirib

Daha çox “JDI” kimi tanınan “Japan Display Inc.” şirkəti dünyada yüksək dəqiqliklə və sürətlə barm

23/01/20
“Facebook” robotlara xəritəsiz hərəkət etməyi öyrədib

“Facebook” tərəfindən hazırlanmış süni intellekt robotlara xəritəsiz hərəkət etməyə imkan verir. Bu haqda

23/01/20
İlk “General Motors” sürücüsüz elektromobili nümayiş olunub

“General Motors” şirkətinin “Cruise” bölməsi “Origin” adlı ilk sürücüsüz elektromobil

23/01/20
Çində dünyanın ən böyük teleskopu işə salınıb

Çində dünyanın ən böyük “FAST” (Five hundred meter Aperture Spherical Telescope) teleskopu rəsmən istifad

23/01/20
Hindistan kosmosa insanabənzər robot göndərəcək

Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı yanvarın 22-də pilotsuz kosmik uçuşa göndəriləcək insanabənzər

23/01/20
“Xiaomi Mi10” smartfonunun təqdimat tarixi məlum olub

“Xiaomi Group” şirkətinin həmtəsisçisi və vitse-prezidenti Lin Bin qabaqcıl “Mi10” smartfonunun təqdim ed