Tarix:08/02/20
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, yeni smartfonlar texniki xüsusiyyətlərinə görə çox oxşardırlar, hər bir modelin əsas özəlliyi onun adında əks olunub. “Moto G Power” aparatı 5000 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. 6,4 düymlük diaqonallı ekrana malik qurğunun avtonom işləmə müddəti 1-2 gündür.
“Moto G Stylus” aparatı “Galaxy Note”a oxşardır, amma onun stilusu sonuncu kimi qabaqcıl deyil. Bu stilus vasitəsilə əllə yazılmış qeydlər etmək, ekran görüntülərində nişanlamaq və çəkmək olar. Lakin onu, məsələn, kameranı işə salmaq üçün simsiz pult kimi istifadə etmək olmaz.
Smartfonların qiyməti müxtəlifdir. “Moto G Power” aparatının qiyməti 249 dollar, stilusa malik modelin qiyməti isə 299 dollardır.
Həm “Moto G Power”, həm də “G Stylus” smartfonları “Snapdragon 665” prosessoru, 4 QB əməli yaddaşla təchiz edilib. Hər iki cihaz “IPS” matrisli “Full HD” təsvir ölçülü 6,4 düymlük ekrana malikdir.
Smartfonlar 16 meqapiksellik əsas kamera, 8 meqapiksellik genişbucaqlı və makro çəkiliş üçün 2 meqapiksellik əlavə modulla təchiz ediliblər.
Emil Hüseynov
“Motorola” şirkəti iki ucuz, amma qabaqcıl smartfonunu təqdim edib
Şirkət ucuz smartfonlar üzrə yeni istehsal xəttini təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, yeni smartfonlar texniki xüsusiyyətlərinə görə çox oxşardırlar, hər bir modelin əsas özəlliyi onun adında əks olunub. “Moto G Power” aparatı 5000 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. 6,4 düymlük diaqonallı ekrana malik qurğunun avtonom işləmə müddəti 1-2 gündür.
“Moto G Stylus” aparatı “Galaxy Note”a oxşardır, amma onun stilusu sonuncu kimi qabaqcıl deyil. Bu stilus vasitəsilə əllə yazılmış qeydlər etmək, ekran görüntülərində nişanlamaq və çəkmək olar. Lakin onu, məsələn, kameranı işə salmaq üçün simsiz pult kimi istifadə etmək olmaz.
Smartfonların qiyməti müxtəlifdir. “Moto G Power” aparatının qiyməti 249 dollar, stilusa malik modelin qiyməti isə 299 dollardır.
Həm “Moto G Power”, həm də “G Stylus” smartfonları “Snapdragon 665” prosessoru, 4 QB əməli yaddaşla təchiz edilib. Hər iki cihaz “IPS” matrisli “Full HD” təsvir ölçülü 6,4 düymlük ekrana malikdir.
Smartfonlar 16 meqapiksellik əsas kamera, 8 meqapiksellik genişbucaqlı və makro çəkiliş üçün 2 meqapiksellik əlavə modulla təchiz ediliblər.
Emil Hüseynov
Baxış sayı: 1411
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib