12px13px15px17px
Tarix:11/02/20

Qan nümunəsi götürmək üçün tibbi robot təqdim olunub

Ratqers Universiteti və Maunt-Sinay Tibb Kompleksi Universitetinin  tədqiqatçıları tərəfindən hazırlanmış robot dərini skan edir və vena damarlarını insanlardan daha yaxşı tapır. Bu, xəstələrdən qan nümunəsi götürərkən infeksiya və tromboz riskini azalda bilər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "digger.ru" saytına istinadən yazır ki, tibb personalı əllərində vena damarları görsənməyən xəstələrlə tez-tez qarşılaşırlar. Belə olan halda qan nümunəsi götürmək üçün vena damarlarını aşkar etməyə imkan verən ultrasəs aparatından istifadə olunur. Ancaq ultrasəs aparatından istifadə olunan hallarda belə bəzən ilk dəfədən vena damarına düşmək olmur.
 
Qan nümunəsi götürmək üçün xüsusi robot iynəni idarə etmək üçün daxili ultrasəs texnologiyasından istifadə edir.
 
Araşdırma nəticəsində məlum olub ki, robot 87% halda vena damarları zəif görünən xəstələrdən ilk dəfədən qan nümunəsi götürməyə müvəffəq olub. Tədqiqatda 31 nəfər iştirak edib. Müqayisə üçün, tibb personalı 27%-60% halda ilk dəfədən qan nümunəsi götürməyə müvəffəq olmur.
 
Emil Hüseynov




Baxış sayı: 1051

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Oktyabr 2024

15 10 2024