Tarix:12/02/20
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, məlumata görə, Cənubi Koreya şirkətinin aktual qurğular seriyası “Galaxy S20”, “S20+” və “S20 Ultra” modellərindən ibarətdir. Bütün qurğular satış regionundan asılı olaraq “Snapdragon 865” və “Exynos 990” prosessorları ilə təchiz ediləcək. Həmçinin bütün smartfonlar seriyası “Dynamic AMOLED” ekranına malikdir, “5G” şəbəkəsini dəstəkləyir və “One UI 2” interfeysli “Android 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
Ön kamera qurğuların ekranlarının yuxarı hissəsinin mərkəzində quraşdırılıb. “Galaxy S20” və “S20+” 10 meqapikselli, “S20 Ultra” isə 40 meqapikselli ön kamera ilə təchiz olunub.
Əsas qabaqcıl “S20” modeli 120 QHs takt tezlikli və “HDR+” dəstəkli 6,2 düymlük ekranla təchiz edilib. Smartfon 8 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaşa, eləcə də 4 min milliamper/saat tutumlu akkumulyatora malikdir. Qurğunun arxa panelində 30 qatlı hibrid zummeri dəstəkləyən 64, 12 və 12 meqapikselli üç sensorlu kamera yerləşir.
“Galaxy S20+” qurğusu əsas qabaqcıl modeldən 6,7 düymlük ekran, 4500 milliamper/saat tutumlu akkumulyator və 12 giqabaytlıq versiyanın mövcudluğu ilə fərqlənir. Bundan başqa, qurğunun əsas kamerası əlavə üçölçülü “ToF” sensoruna malikdir.
“Galaxy S20 Ultra” modeli 6,9 düymlük displey, 5 min milliamper/saat tutumlu akkumulyator və 16 giqabaytlıq operativ və 512 giqabaytlıq quraşdırılmış yaddaş dəstəyi ilə işıq üzü görüb. Qurğunun əsas kamerası düzbucaqlı bloka quraşdırılmış dörd sensordan ibarətdir ki, onların da əsasının təsvir ölçüsü 108 meqapiksel təşkil edir. Əlavə obyektivlər 48 və 12 meqapiksellidir. Kamera üçölçülü “ToF” sensoru ilə təchiz olunub. Smartfonun bu versiyası 100 qatlı zummerə malikdir.
Qabaqcıl smartfonlar seriyasının satışına martın 13-dən etibarən başlamaq nəzərdə tutulur. “Galaxy S20” modelinin ilkin qiyməti 1 107 dollar, minimal qablaşdırmaya malik “Galaxy S20+” smartfonunun 1 265 dollar təşkil edəcək. “Galaxy S20 Ultra” modeli isə 1 581 dollar dəyərində qiymətləndirilib.
Nizam Nuriyev
Yeni “Samsung” smartfonları nümayiş olunub
“Samsung” şirkəti qabaqcıl “Galaxy S20” smartfonlar seriyasını təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, məlumata görə, Cənubi Koreya şirkətinin aktual qurğular seriyası “Galaxy S20”, “S20+” və “S20 Ultra” modellərindən ibarətdir. Bütün qurğular satış regionundan asılı olaraq “Snapdragon 865” və “Exynos 990” prosessorları ilə təchiz ediləcək. Həmçinin bütün smartfonlar seriyası “Dynamic AMOLED” ekranına malikdir, “5G” şəbəkəsini dəstəkləyir və “One UI 2” interfeysli “Android 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
Ön kamera qurğuların ekranlarının yuxarı hissəsinin mərkəzində quraşdırılıb. “Galaxy S20” və “S20+” 10 meqapikselli, “S20 Ultra” isə 40 meqapikselli ön kamera ilə təchiz olunub.
Əsas qabaqcıl “S20” modeli 120 QHs takt tezlikli və “HDR+” dəstəkli 6,2 düymlük ekranla təchiz edilib. Smartfon 8 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaşa, eləcə də 4 min milliamper/saat tutumlu akkumulyatora malikdir. Qurğunun arxa panelində 30 qatlı hibrid zummeri dəstəkləyən 64, 12 və 12 meqapikselli üç sensorlu kamera yerləşir.
“Galaxy S20+” qurğusu əsas qabaqcıl modeldən 6,7 düymlük ekran, 4500 milliamper/saat tutumlu akkumulyator və 12 giqabaytlıq versiyanın mövcudluğu ilə fərqlənir. Bundan başqa, qurğunun əsas kamerası əlavə üçölçülü “ToF” sensoruna malikdir.
“Galaxy S20 Ultra” modeli 6,9 düymlük displey, 5 min milliamper/saat tutumlu akkumulyator və 16 giqabaytlıq operativ və 512 giqabaytlıq quraşdırılmış yaddaş dəstəyi ilə işıq üzü görüb. Qurğunun əsas kamerası düzbucaqlı bloka quraşdırılmış dörd sensordan ibarətdir ki, onların da əsasının təsvir ölçüsü 108 meqapiksel təşkil edir. Əlavə obyektivlər 48 və 12 meqapiksellidir. Kamera üçölçülü “ToF” sensoru ilə təchiz olunub. Smartfonun bu versiyası 100 qatlı zummerə malikdir.
Qabaqcıl smartfonlar seriyasının satışına martın 13-dən etibarən başlamaq nəzərdə tutulur. “Galaxy S20” modelinin ilkin qiyməti 1 107 dollar, minimal qablaşdırmaya malik “Galaxy S20+” smartfonunun 1 265 dollar təşkil edəcək. “Galaxy S20 Ultra” modeli isə 1 581 dollar dəyərində qiymətləndirilib.
Nizam Nuriyev
Baxış sayı: 1033
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib