12px13px15px17px
Tarix:07/03/20

“Oppo” şirkəti “Find X2” smartfonunu təqdim edib

“Oppo Find X2” smartfonu 6,7 düymlük QHD+ təsvir ölçülü, 120 hers yeniləmə tezlikli “AMOLED” displey,  12 QB LPDDR5 və 256 QB-lıq UFS 3.0 standartlı daxili yaddaşa malik “Snapdragon 865” çipseti ilə təchiz edilib. Qurğuda yaddaş kartları üçün slot nəzərdə tutulmayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki,, “Oppo Find X2” aparatının arxa panelində 3 kamera yerləşdirilib: “Sony IMX586” sensoruna malik 48 meqapiksellik əsas, “Sony IMX708” sensoruna malik 12 meqapiksellik genişbucaqlı və hibrid 5 qat zuma malik 13 meqapiksellik telefoto. Bütün kameralar “Ultra Night Mode” gecə çəkilişi rejimini dəstəkləyir.
 
“Sony IMX616 Quad-Bayer” sensoruna malik 32 mp-lik selfi-kamera ekranın yuxarı sol küncündə yerləşdirilib.
“Find X2” smartfonu 65 vattadək “Super VOOC 2.0 Flash Charge” sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 4200 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Aparat, həmçinin IP54 standartı üzrə su və toza qarşı davamlıdır.
 
Emil Hüseynov




Baxış sayı: 1664

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 Oktyabr 2024

05 10 2024