12px13px15px17px
Tarix:04/04/20

“Moto G8 Power Lite” smartfonu təqdim edilib

“Motorola” brendi öz smartfon çeşidinə “Moto G8 Power Lite” modelini əlavə edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Moto G8 Power Lite” smartfonu 8 nüvəli “MediaTek Helio P35” prosessoru, 6,5 düymlük IPS ekran və 4 QB əməli yaddaşla təchiz edilib. Modelə quraşdırılmış daxili daşıyıcının tutumu 64 QB (“microSD” yaddaş kartının köməyi ilə 256 QB-dək artırmaq mümkündür) təşkil edir.
 
Smartfona quraşdırılmış 5000 milliamper/saat tutumlu akkumulyator musiqini dinləmək rejimində 100 saatadək, videonu izləmək rejimində isə 19 saatadək avtonom işləyir. Qurğu 16 mp-lik və sürətli fokuslama funksiyasına malik əsas sensor, makroçəkiliş üçün 2 mp-lik modul və 2 mp-lik dərinlik datçikindən ibarət  üçqat əsas kamera ilə təchiz edilib.
 
Emil Hüseynov





Baxış sayı: 1036

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024